Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sıravi ermənilərlə danışıqlar aparsaq, bizi başa düşəcəklər” - Novella Cəfəroğlu

"Qarabağ erməniləri Ermənistanda deyil, bizə aiddir"...

Ermənistanın Baş naziri Nikol Paşinyanın Paris səfəri çərçivəsində Azərbaycanı Qarabağ erməniləri ilə danışıqlara getməyə səsləməsi ictimai rəydə narazılıq yaradıb. Siyasi müşahidəçilər hesab edirlər ki, Paşinyan bu təklifi ilə sülh prosesinə zərbə vurmaq, habelə vaxt qazanmaq məqsədi güdür.

Maraqlıdır, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdırmı?

Bu danışıqlar hansı formada olmalıdır?

Ümumiyyətlə, Qarabağ ermənilərinin İrəvanın deyil, bakının sözünü deməsi üçün nə etmək lazımdır?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında dövlət başçısının səsləndirdiyi fikirlərdən istinad gətirib:

“Cənab Prezidentimizin də sözlərinə əsasən, “Dağlıq Qarabağ problemi bizdə yoxdur”. Qarabağda, eləcə də Xankəndidə yaşayan əhali, əgər öz bölgələrində yaşamaq istəyirsə, o zaman Azərbaycan pasportunu alıb ölkəmizin bütün atributlarını qəbul etməlidirlər. Belə olan halda Azərbaycan vətəndaşları kimi, bütün hüquqlar onlara da şamil olunacaq.

Bu problemi artıq ermənilər başa düşməlidir. Əgər onlar bizim üstümüzə müharibə basqısı ilə çıxsalar, bu halda biz də adekvat cavab tədbirləri görüb dərslərini verərik! Bunu yaxşı eşidib bilsinlər”!

“Qaldı ki, Qarabağ ermənilərini öz tərəfimizə çəkmək probleminə, onu deyə bilərəm ki, hələ ki danışıqlar üçün şərait yaradılmayıb. Bizə seperatçı qurumlarla danışıq aparmaq təklif olunur. Əgər biz Qarabağda yaşayan sıravi ermənilərlə danışıqlar aparsaq, mən sizə əmin edirəm ki, hər şey həll yolunu tapar. Qarabağ erməniləri Ermənistanda deyil, bizə aiddir. Camaatla danışıqlar getsə, onlar da razı olub yerlərində oturacaqlar. Heç kəs istəməz ki, yaşadığı yerdən kənarlaşıb başqa bir yerə getsin” - deyə o, fikrini yekunlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar