Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub

Şimali Koreyada bir gündə 115 mindən çox insanda yüksək hərarətlə müşahidə olunan xəstəlik qeydə alınıb. Ölüm hadisəsi olmayıb.

Ümumilikdə 3,06 milyondan çox insanda qızdırma olub.

Daha əvvəl bildirilib ki, Şimali Koreyada koronavirusa yoluxma hallarının yaranması ilə əlaqədar Kim Çen Inın göstərişi ilə “ən yüksək səviyyəli fövqəladə antiepidemiya sistemi”, bütün şəhərlərdə karantin rejimi tətbiq edilib.

Aprelin sonundan mayın 24-dək qızdırması olan xəstələrin sayı 3 064 880 nəfərdir, onlardan 2,7 milyondan çoxu (89,4%) artıq sağalıb, 323 minə yaxın insanın isə müalicəsi davam etdirilir.

Qızdırması olanların dəqiq neçə hissəsinin COVID-19 xəstəsi olduğu barədə səhih məlumat verilmir.

Hazırda ölənlərin ümumi sayı 68 nəfər, ölüm göstəricisi 0,002% təşkil edir. Bildirilib ki, onlardan ən azı birində analiz zamanı koronavirus ştammının “Stels-omikron” adlanan “Omikron BA.2” variantı aşkar edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar