Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya və Cənubi Koreya birgə təftişə başlayacaq –KXDR-in dəmir yollarında

Şimali Koreya və Cənubi Koreya noyabrın 30-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) dəmir yolu şəbəkəsinin birgə təftişinə başlayacaqlar

Yonhap agentliyi xəbər verir ki, birgə mütəxəssislər qrupu 18 gün ərzində KXDR-in qərb və şərq hissəsində dəmir yolunu modernləşdirmək və Cənubi Koreyanın dəmir yolu şəbəkəsinə birləşdirmək üçün yoxlamalar aparacaqlar.

Ümumilikdə, təxminən 1200 kilometr uzunluğunda dəmir yolu xətti yoxlanılacaq. Noyabrın 30-da lokomotiv və 6 vaqondan ibarət qatar Seuldan yola çıxaraq, Şimali Koreyanın Keson şəhəri yaxınlığındakı Panmun stansiyasına istiqamətlənəcək. Oradan isə Şimali Koreyaya aid lokomotiv qatarın növbəti mərhələdə hərəkətini təmin edəcək.

Cənubi Koreyadan mütəxəssis və məsul şəxslərdən ibarət 28 nəfərlik heyət qatarla təftiş üçün Şimali Koreyaya yollanacaq.

Bu, iki ölkə liderlərinin cari ilin aprel görüşündə əldə olunmuş razılığa uyğun həyata keçirilir. Əvvəlcə yoxlamanın avqustda aparılması nəzərdə tutulmuşdu. Lakin BMT sanksiyalarının pozulması ilə bağlı ABŞ-ın narahatlığı gecikməyə səbəb olmuşdu. Bu yaxınlarda BMT Təhlükəsizlik Şurası layihəni Şimali Koreyaya tətbiq olunan sanksiyalara aid etməməklə ona “yaşıl işıq yandırıb”.

Tərəflər ilin sonunadək iki ölkənin dəmir yolu şəbəkəsini və avtomobil yollarını birləşdirmək barədə düşünür. Bununla əlaqədar xüsusi mərasimin keçirilməsi də nəzərdə tutulub/Azərtac.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar