Bazar, 05 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sığınacağa yerləşdirilən azyaşlının nənəsi Rusiyada tapıldı

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb.

Bu barədə lent.az-a qurumun mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib:

"Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır.

Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq".

Xatırladaq ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dünən bu barədə məlumat yayaraq bildirmişdi ki, azyaşlının anası müvəqqəti baxılması üçün qızını dayəyə versə də, 8 gün ərzində ondan məlumat alına bilinməyib. Bu səbəbdən də dayə azyaşlını sığınacağa gətirib.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü - Foto

Xocavənddə məhv edilən erməni görün kim imiş - İlginc detallar

Stokholmda nazirlər niyə görüşmədi? - Azərbaycan XİN Ermənistanı yeni təxribatda ittiham etdi  

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən - Foto

ABŞ-ın mühasirəsi və Türkiyənin yeni iqtisadi mənzərəsi...

Prezidentə sui-qəsd cəhdi - Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu - Video

Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - Foto

600 minlik yeyinti edən baş həkim məhkəmədə: "Bunu təkbaşına görməmişəm"

Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

Ən çox oxunanalar