Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sezar” Suriyaya qarşı: Dəməşq üçün kilsə zəngləri çalınır...

Suriya üçün məsələ silah-sursat olduqda Rusiyanı, nağd pul olduqda isə İranı xatırlamaq lazımdır...

Fehim Taştekin

“Gazete Duvar” qəzeti, Türkiyə, 11 iyun 2020-ci il

Dəməşqin ən vacib 2 dəstəkçisi olan Rusiyaİran, əlbəttə ki, bu qədər müharibədən sonra Suriyanı tərk etmək istəmir. Suriya üçün məsələ silah-sursat olduqda Rusiyanı, nağd pul olduqda isə İranı xatırlamaq lazımdır. Lakin müharibə prosesində müttəfiqi üçün ən azı 30 milyard dollar xərcləyən İranın hazırda əlindən gələn yeganə şey 4 milyard dollarlıq kredit xətti ilə neft və qaz göndərməkdir. Bundan artığını etmək iqtidarında deyil.

“Vəziyyət dəhşətlidir!”

“Sezar Qanunu ilə vəziyyət daha da pisləşəcək!”

Suriya üçün yeni bir fəlakət səhifəsi açılır. Bu, 2011-ci ildən bəri silahlı üsyanla sistemi dəyişdirə bilməyənlərin baxdığı bir səhifədir.

Suriya prezidenti Bəşər Əsədin axırına 9 illik müharibə də çıxa bilmədi, iqtisadi fəlakət nə edə bilər?”, sualına kahinlər belə cavab verə bilməz.

Məlum olduğu kimi, Amerika administrasiyasının Suriya ilə bağlı strategiyası 2018-ci ildən bəri “iqtisadi sanksiyalarla düzəltmək” üzərində qurulub. Məqsəd təzyiqləri dözülməz bir nöqtəyə çatdırmaq və Suriyanın belini qırmaqdır. “Məqsədimiz artıq rejimi devirmək deyil, münasibətini dəyişdirməkdir” deyirlər. Yəni söhbət Dəməşqin söykəndiyi əsaslardan imtina etməsindən və münasibətlərini sıfırlamasından söhbət gedir.

İndi Amerikanın Xüsusi Nümayəndəsi Ceyms Cefri, yəqin: “Suriya lirəsinin dəyərdən düşməsində sanksiyalar böyük rol oynayır”, deyir.

Ölkənin cənubundakı Süveydədə bir neçə gündür “az iştirakla” nümayişlər keçirilir. Bunlar yeni bir inqilab məşqi kimi irəli sürülür. Problemlər kiçik atışma həddinə çatsa da, dürzilər onları sabah “pozğun məzhəb” adlandıracaq bir üsyana qapılıb getmədilər. Süveydə Suriya şəhərlərinin güzgüsü deyil. Yəni orada baş verən şey orada qalır. Xüsusilə də İdlibdəki hadisələrlə eyni şəkildə qiymətləndirilə bilməz. Digər şəhərlər hələlik sakitdir. Lakin, əlbəttə ki, bu, insanların qəzəblənmədiyini göstərmir.

Həqiqətən həyəcan təbili çalınmalıdır, yoxsa yenə bir inqilab cəfəngiyatı ilə üz-üzədirlər?

Müxaliflər Suriya lirəsinin dollar qarşısındakı səfalətini iştahla bölüşürlər. Məsələn, dərman ala bilməyən xəstələri, iş yerlərinə kilid vurulan adamları və Suriya lirəsini siqaret kağızı kimi istifadə edənləri və s.

Sanksiyalardan inqilab gözləyənlərin arzuları hələ bir tərəfə, mənzərə daha da pisləşir. Həftə sonu 1 dollar 3 min Suriya lirəsinə çatıb (yazının qalan hissəsində Suriya lirəsi təkcə bir lirə kimi qeyd olunacaq). Yanvar ayında 1 dollar 940 lirəyə alınırdı. Mərkəzi Bankın rəsmi məzənnəsi isə ilin əvvəlindən bəri sabit idi: 704 lirə.

2011-ci ildə bir dollar 48 lirə olarkən əlinə 212 dollar keçən bir məmurun bu günki maaşı həftə sonunun məzənnəsi ilə 27 dollara çatırdı. May ayına qədər son 1 ildə ərzaq qiymətləri də 2 dəfə artmışdı. İyun ayında inflyasiya xeyli yüksəlməyə başlayıb. Suriyalı jurnalist Sarkis Qassarciyan keçən bayramda qohumlarının yanına əliboş getdiyini bildirib.

Bir qutu şirniyyat götürmək adətdir. Paxlavanın qiyməti 40-50 minə çatıb, yəni minimum əmək haqqına bərabər olub.

Bir neçə həftədir ki, heç kim bu yeni məzənnələrlə dolana bilmir. Daha doğrusu, malı olan satmır, ehtiyacı olan da almır. Xüsusilə də dərman sənayesi S.O.S siqnalı verir. Ancaq dərman və qida öz-özünü təmin edən ölkə üçün iki əsas tətbiq sahəsi idi. Lakin sektor xaricdən xammalı gətirə və ya texnologiyasını yeniləyə bilmir. Bir çox sektorda xərclər 2-3 dəfə artdıqda investisiya mərhələsindəki layihələr də ləğv edilir. Dollar qıtlığı və pul köçürmə problemlərinə görə xammalı təmin edə bilməyən, etsə belə məzənnə fərqinə görə istehsal etdiyi məhsul üçün istehlakçı tapa bilməyən və ixrac kanallarını itirən istehsalçılar iflas edirlər. Kənd təsərrüfatı dərmanlarını və alətlərini tapa bilməyən fermerlər də məhsul verə bilmirlər. Neft, təbii qaz və pambıq sahələrinin əksəriyyəti mərkəzin nəzarəti altında deyil. Olsa belə, sata bilmir.

Bir sözlə, ölkənin yenidən qurulmağa çox ehtiyacı olduğu bir dövrdə Suriya mövcud müharibədən daha pis bir müharibəyə girir. Əslində, suriyalıların sanksiyalarla sınanması 40 illik bir hekayədir. ABŞ İsrailə qarşı düşmən münasibətə görə 1979-cu ildə “terrorizmi maliyyələşdirən dövlətlər” siyahısına daxil etdiyi Suriyanı bu günə bir çox sanksiyalarla cəzalandırıb. Sanksiyalar 2004-cü ildə dəyişiklik tələbləri ilə əlaqəli olmağa başladı. Təzyiqlər 2011-dən sonra daha da artıb. 2018-ci ildə vəziyyət iqtisadiyyatı parçalamaq siyasətinə çevrilib. Neftin istehsalı, köçürülməsi və satışı ilə məşğul olan şirkətlər, həmçinin də yük gəmiləri, sığorta şirkətləri və banklar hədəfə alınıb.

İndi ABŞ iyun ayının 17-də qüvvəyə minəcək “Sezar Qanunu” ilə əlaqədar sanksiyalarla oyunun qaydalarını dəyişdirir. Amerikalı olmayan insanlar və şirkətlər də Suriya ilə ticarət etdiklərinə görə cəzalandırılacaqlar.

Artıq qara siyahıya düşməkdən qorxan şirkətlər suriyalılardan uzaqlaşırlar. Beləliklə, “Sezar” hələ gəlmədən Suriyaya zərbəsini vurur.

Maliyyə böhranının başqa səbəbləri də var. Məsələn, müharibənin dağıdıcı gücü, zəif rəhbərlik və qanunsuzluqlar. Bunlar Suriya tərəfindəki səbəblərdir. Xaricə baxdıqda isə ikinci faktoru dərhal görə bilərik: Livandakı böhran. Livan bankları çətinliyə düşərkən Suriya kapitalının da nəfəsi kəsildi.

Suriyalıların bir sıra səbəblərə görə pullarını Liviya banklarında saxlayırlar. Birincisi, Livan sanksiyaların qarşısını almaq üçün vacib bir kanaldır. Yəni ABŞ və Aİ-nin qara siyahılarına daxil olmaqdan çəkinən firmalar məhsullarını Livandakı vasitəçilərə satır və pullarını Livan bankları vasitəsilə yığırlar. Bu banklar ixracatda da istifadə olunur.

İkincisi, Livan təhlükəsiz, əlçatan və ən yaxın seçim idi, çünki müharibəyə görə Suriya banklarına nə olacağı bəlli deyildi. Livan banklarında suriyalılara məxsus olan əmanətlərin Suriyadakı banklardan daha çox olduğu iddia edilir. Əslində, bu miqdarı 50 milyard dollar kimi qiymətləndirənlər var. Çox güman ki, bu rəqəm şişirdilib.

Artıq Livan banklarından pul çəkmək çox çətindir. Bundan əlavə, ödənişlər yerli valyuta və rəsmi məzənnə ilə aparılır. Yəni yarım itki ilə. Bu pullar Suriyaya dollar olaraq gələndə çox ciddi bir valyuta zərbəsinə də məruz qalır. Başqa sözlə, bu müddətdə pulun əvəzlənməsi onu zibilə atmağa bərabərdir.

Livandan pullarını çəkə bilməyənlər Suriyada yaşaya bilmirlər. Suriyaya dollar axınının zəifləməsi məzənnə dəyişkənliyini daha da artırır. Bu məzənnə rejimi ilə əlindəki dollarla xaricdən sifariş vermək də bir iş deyil.

Üstəlik, xaricdə işləyən və ailələrinə hər ay 100-200 dollar / avro göndərənlər üçün də Livandakı pul köçürmə müəssisələri yeganə kanal idi. Lakin korona pandemiyası səbəbindən bu axın da azaldı.

Xülasə, suriyalı invertor Livan yolunda ilişib qalıb, tacir kasıblaşıb və üç-beş qəpiklə ölkəni xarici valyuta axını ilə təmin edən ailə üzvləri çarəsiz qalıblar.

Maliyyə böhranını aradan qaldırmaq üçün Suriya rəhbərliyinin 20-dən çox iri şirkətə yardım göstərməsi də problemi həll edə bilməyib. Bu çərçivədə Əsədin əmisi oğlu Rami əl Mahlufun əmlak üçün də ehtiyat tədbirləri görülüb. Bəzi şərhlərə görə, bu əməliyyatlar da valyuta bazarına mənfi təsir göstərib.

Bu çətin dönəm üçün sehrli bir formul yoxdur. Suriya öz daxilində dollarla ticarət edilməsini qadağan edib. Qanun pozuntusuna görə də 7 ilə qədər həbs cəzası verilib. Dəməşqdəki bir mənbədən verilən məlumata görə, cəzalar 6 aydan 1 ilə qədər verilir, lakin həbs edilmə ehtimalı da olduğu üçün çox vaxt işə yarayır. Valyutanın xaricə çıxmasının qarşısını almaq üçün bir çox məhsulun idxalı qadağan edilib. Bu tədbirlərlə vəziyyət, çətin ki, düzələr. Böhrana cavab verəcək bir siyasət hazırlaya bilməyiblər (çarə olaraq Türkiyənin nəzarətindəki bölgələrdə türk lirəsi keçilib).

Dəməşqin ən vacib tərəfdarlarından olan Rusiyaİran, əlbəttə ki, bu müharibədən sonra Suriyanı tərk etmək istəmir. Suriya üçün silah-sursat dedikdə Rusiyanı, nağd pul dedikdə isə İranı xatırlamaq lazımdır. Lakin müharibə illərində müttəfiqi üçün ən azı 30 milyard dollar xərcləyən İranın hazırda əlindən gələn yeganə şey 4 milyard dollarlıq kredit xətti ilə neft və qaz göndərməkdir. Daha çox şey etmək iqtidarında deyil. Bir hesaba görə, Suriya daxili bazara satdığı İran neftindən ildə 1 milyard dollar gəlir əldə edir.

Amerikalılar bu ovu hara qədər davam etdirmək istəyirlər? Əlaqə saxladığım bir mənbənin məlumatına görə, amerikalılar düşünürlər ki, iyunun 17-dən sonra Suriyanın bərpa olunmayacağı bir dövrə başlayacaq və ruslar da məcburən çıxış yolu axtaracaqlar. Amerikalılar Sezar Qanununun dağıdıcı təsirini görənə qədər sövdələşməyə getməyəcəklər. Ortaya çıxacaq mənzərəyə görə keçid ssenariləri haqqında danışmağa başlayacaqlar. Bunlardan biri Sudan nümunəsidir. Ömər əl-Bəşirdən sonra ölkəni seçkiyə aparmaq üçün “hərbi keçid şurası” yaradılmışdı. Görünür, amerikalılar bu nümunəni möhkəm saxlayıblar.

Rusiyaİranın cavabının nə olacağını gözləyib görəcəyik. Həmçinin, İranSuriya kimi ölkələrin sanksiyalardan yayınmaqda qabaqcıl bacarıqlara sahib olduğunu unutmayaq. Bu dəfəki dövr çox kəskindir, amma Yaxın Şərqin yolları da heç vaxt stabil olmayıb. Bu diyarın yolları gah uçuruma gedir, gah da düz yola.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar