Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirakından yazıb.

PİA.az xəbər verir ki, Cavanşir Paşazadə “Facebook” hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.

Belə ki, cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi” kimi qeyd edib.

Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyini məlum olub. Cavanşir Paşazadə paylaşımında “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd edib.

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğu sübut edib.

Deputatın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub, o, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Onun sosial media hesabında yazdıqlarını olduğu kimi təqdim edirik:

“Özbəkistan respublikasında keçirilən Prizident seçkilərində , Azarbaycan respublikasının parlamenti tərəfinnən muşahidəçi kimi iştirak edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar