Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şeytanla sövdələşən” nəslin şok cinayətləri: Təcavüz, qətl, adamyeyənlik, narkomaniya...

Son illərin sürətlə yüksələn ulduzlarından olan Armi Hammer zorlama, vəhşilik və digər dəhşətli ittihamlarla gündəmdədir. Hammer ailəsi haqqında çəkilən sənədli film təkcə Arminin deyil, ailənin beş nəslinin dəhşətli cinayətlərini üzə çıxarmağa hazırlaşır. Qorxunc olaylar və qaranlıq fantaziyalarla əhatə olunmuş bir ailənin hekayəsi…

Amerikanın mədəni və siyasi həyatına təsir göstərməklə yanaşı, rüşvətxorluq, qətl, qaçaqmalçılıq kimi bir sıra qalmaqallarla yadda qalan Hammer ailəsinin nümayəndəsi, Amerika kinosunun ən xarizmatik aktyorlarından biri Armi Hammer şiddət, zorlama və adamyeyənlikdə ittiham olunur. Bununla yanaşı, aktyorun ailəsinin törətdiyi dəhşətli cinayətlər də üzə çıxmağa başlayıb.

Musavat.com xəbər verir ki, “Vanity Fair”da Armi və Hammer nəsli ilə bağlı şok faktları əks etdirən məqalə dərc olunub.

Məqalədə bildirilir ki, aktyorun keçmişinə işıq salan, həmçinin Hammer ailəsinin digər üzvlərinin mürəkkəb münasibətlərini və törətdikləri dəhşətli cinayətlər silsiləsini üzə çıxaran “House of Hammer” adlı, üç hissəli sənədli film hazırlanır.

“The Man from U.N.C.L.E” və "Call Me By Your Name" filmindən tanıdığımız Arminin şöhrəti 2021-ci ildə təcavüz, zorlama, şiddət və adamyeyənlik iddiaları ilə zədələnib. Hammer vəkili vasitəsilə ona qarşı irəli sürülən ittihamları rədd etsə də, dostu Robert Dauninin köməyi ilə reabilitasiya mərkəzinə yerləşdirilib.

“ŞEYTANLA SÖVDƏLƏŞƏNLƏR…”

Hammerin keçmiş sevgililəri və bibisi - neft maqnatı Armand Hammerin nəvəsi Keysi Hammer ailənin kriminal keçmişi ilə bağlı sirləri açıb.

“Şeytanla sövdələşənlərə inanırsınızsa, Hammer ailəsini bu baxımdan ən yuxarıda görməlisiniz. Bütün həyatım boyu ailəmin məni idarə etməsinə icazə vermişəm, amma bunu dayandırmağın vaxtıdır. Məni susdurmalarına imkan verməyəcəyəm” - deyən Keysi Hammer qan donduran iddialar səsləndirib.

İndi isə Hammer ailəsinin Sovet İttifaqı ilə münasibətlərinə, Britaniya kral ailəsinə yaxınlaşmasına, qeyri-qanuni şirkətlərdən neft krallığına yüksəlməsinə və qan donduran cinayət keçmişinə nəzər salaq...

35 yaşlı Armi Hammer üçün 2021-ci il fəlakətlər ili olub. O, pandemiya dövrünü atası Maykl, ögey anası Misti, iki azyaşlı uşağı və on illik həyat yoldaşı Elizabet Çambers ilə Kayman adalarında lüks bir villada keçirib. Amma məşhur aktyorun qəfildən evi tərk etməsi cütlüyün boşanmasına səbəb olub.

Hammer keçən sentyabrda “GQ” jurnalına açıqlamasında deyib: "Böyük şəxsiyyətlər kiçik məkanlarda ilişib qaldıqları zaman mürəkkəb və sıx emosiyalara qapılırlar. Mən bu dövrü çox yaxşı idarə etməmişəm. Düzünü desəm, ağlımı tamamilə itirməyə yaxın idim. Tələyə düşmüş canavar kimi öz ayağımı dişləməyə çalışırdım”.

Boşandıqdan sonra qadınlarla yaşadığı macəralar isə Arminin karyerasının sonunu gətirib. Boşanma davası mediada geniş yer alan aktyorun sevgililərinin qan donduran iddiaları hər kəsi şoka salıb.

BEŞ NƏSİL CİNAYƏTKAR YETİŞDİRƏN AİLƏ

Şok iddialar gündəmə gəldikdən sonra Hollivudun “sosiopat aktyoru”na çevrilən Armi “The Offer” serialının heyətindən uzaqlaşdırılıb. Bu qərar Hammer üçün Hollivudun qapılarının bağlandığına işarə olub.

Diqqətin aktyora yönəldiyi bir vaxtda jurnalist Edvard Cey Epsteinin 1996-cı ildə yazdığı, Arminin babası Armand Hammerin həyatının xronikasını əks etdirəm “Dossier: The Secret History of Armand Hammer” adlı bioqrafik kitabı yada düşüb…

Hammer ailəsinin beş nəsli dəhşətli cinayətlərdə iştirak edən şəxslərdən ibarət olub. Narkotik, seks, sui-istifadə, zorlama və bir çox dəhşətli tendensiyalar ailənin keçmişinin qaranlıq hissəsinə çevrilib.

AİLƏNİN SOVET İTTİFAQI İLƏ ƏLAQƏSİ…

Hammer ailəsinin ilk qalmaqalı Arminin ulu babası, Rusiyadan mühacirət etmiş Julius Hammerlə başlayır. Amerikaya köçmüş yəhudi həkim və əczaçı Julius Hammer həm də Amerika Sosialist İşçi Partiyasının (SLP) lideri olub. Hammer soyadını götürərkən çəkic simvolundan ilhamlanıb.

Ailədə ilk qalmaqala imza atan Julius 1919-cu ildə rus diplomatın həyat yoldaşı Mari Oqanesoffu uğursuz abort edib və əməliyyat zamanı yaranan fəsadlara müdaxilə etmədiyi üçün xəstənin ölümünə səbəb olub. Hadisəni araşdıran məhkəmə Juliusun cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 3 ildən 12 ilədək həbs cəzasına məhkum edilməsini istəyib.

Rus diplomatın arvadının ölümünə səbəb olan Hammer ailəsinin Rusiya ilə münasibəti təəccüb doğurur. 3,5 il məhbusluq həyatı yaşayan Julius oğlunun "Allied Drug and Chemical" adlı əczaçılıq şirkətinə rəhbər keçməsini istəyib.

OĞUL HAMMERİN QURDUĞU İMPERATORLUQ

Kitabında bu hadisədən geniş bəhs edən Epstein abort hadisəsində Juliusun günahının olmadığını, əsl günahkarın oğlu Armand olduğunu iddia edib. Ailənin keçmişini araşdıran müəllif əksər mənbələrin əksinə olaraq, Julisin oğlunu qorumaq üçün günahı öz üzərinə götürdüyünü bildirib.

Aktyor Arminin ulu babası Armand tacir olub. Sosialist olmasa da, Armand rus inqilabını dəstəkləyib, Rusiyaya böyük miqdarda dərman verməklə yanaşı, vətəndaş müharibəsinin yaratdığı aclığı fürsətə çevirib.

Aclıq səbəbindən çətin vəziyyətə düşən Rusiyaya 1 milyon tondan çox taxıl sataraq sərvətini ikiqat artıran Armand rus müğənni Olqa ilə ailə qurub. Bu evlilikdən Culian (aktyor Arminin babası) dünyaya gəlib.

ABŞ PREZİDENTLƏRİNDƏN SOVET RƏHBƏRLƏRİNƏ QƏDƏR UZANAN ƏLAQƏLƏR

Sovet İttifaqından aldığı “xüsusi həvəsləndirici bonuslar” sayəsində böyük kapitala sahib olan Armand Hammer 1956-cı ildə ABŞ-a qayıdandan sonra Los-Ancelesə köçüb və Olqadan boşanaraq Anjela ilə evlənir. Ondan da boşanan Armand üçüncü dəfə varlı dul qadın Fransis Barrett Tolmanla evlənərək sərvətini artırıb.

Armand o vaxtlar gəlir gətirməyən neft şirkəti “Occidental Petroleum”u alıb və şirkət yeni neft quyuları tapdıqca Hammer ailəsinin sərvəti sürətlə artıb.

Keçmişini təmizləyən və Fransis Barrett Tolman sayəsində sosial çevrəyə daxil olan Armand şəxsi Boeing 727-də Şahzadə Çarlz, ABŞ senatoru Al Qore, Reyqan, Corc HV Buş və daha bir çox yüksək səviyyəli siyasətçilərlə söhbət edib. O, Sovet lideri Leonid Brejnevlə yaxınlıq edib, lazım gələndə 1984-cü il Olimpiadaları üçün Los-Ancelesə gələn Çin Kommunist Partiyasının rəhbərlərindən xüsusi xahişlər edib.

Armand xüsusilə Şahzadə Çarlzla yaxın dostluq əlaqəsi qurub. Hətta şahzadə Çarlzın Hammeri şahzadə Uilyamın xaç atası etməyi düşündüyü iddia edilir.

1996-cı ildə jurnalist Edvard Cey Epstein Armandın arvadını saysız-hesabsız qadınla aldatdığını və birdən çox məşuqəsinin olduğunu açıqlayaraq mühüm bir detala toxunub. İddiaya görə, Armand bir dəfə birlikdə olduğu qadınlardan alçaldıcı cinsi tələblərə boyun əymələrini istəyirmiş.

O öldükdən sonra onun məşuqəsi Marta Koffman Epşteynin Armandla bağlı bütün suallarını cavablandırıb. Armandın özünə və övladlarına baxacağına söz verdiyini deyən Koffmanın vəsiyyətnamədə adını görməməsi bu müsahibənin qəbul olunmasının səbəblərindən biri kimi önə çıxır.

Armandın "son dərəcə alçaldıcı" cinsi tələblərinin olduğunu bildirən Koffman onun arvadı xəbər tutmasın deyə daim maskalanmağa məcbur olduğunu deyib.

35 yaşlı aktyor Arminin bibisi Keysi Hammer babasının (Armand) etdiklərini bu sözlərlə izah edir:

“O, etdiyi hər şeydə ictimaiyyəti nəzərə alırdı. Keçirdiyi məclislərdə dostlarının yanında səhv etməyimizi qəti qadağan edirdi. O bizim kənardan mükəmməl bir ailə kimi görünməyimizi istəyirdi. Əslində isə, atam Culian, gəlini və üç nəvəsi onunla görüşmək üçün vaxt təyin etməli oldular”.

“ÖZ ATAM TƏRƏFİNDƏN TƏCAVÜZƏ UĞRADIM”

Keysi deyir ki, Hammer ailəsinin biznesləri böyüməyə davam etdikcə babası yeganə oğul olan yüksək intellektli Culianı etibarsız hesab edib. Çünki Culian atası Armand üçün çox problem yaradıb.

Hətta Culian 1955-ci ildə 26 yaşı tamam olduğu günün səhəri Los-Ancelesdəki evində qumar borcu olduğu bir adamla dava edib və onu öldürüb. Bütün qəzetlərdə qətl xəbəri dərc edildikdən sonra Armand 50 min dollara vəkil tutaraq Culianın özünü müdafiə etdiyini bildirib və iş bağlanıb.

Lakin dəhşətli məlumatlar bununla məhdudlaşmır. Keysi 2015-ci ildə nəşr olunan “Surviving My Birthright: The Authorized Version” adlı avtobioqrafik əsərdə atası tərəfindən təcavüzə məruz qaldığını yazıb.

Cinsi zorakılıq, sevgisizlik və alçalma ilə əhatə olunmuş ailə münasibətləri, təbii ki, Armi Hammerin atası Maykla təsir edib. Böyük bir imperiyanın varisi olan Maykl özündən əvvəlki üç nəsildə olduğu kimi qalmqallarla tanınıb. O, narkotik, alkoqol və qumar aludəçiliyi ilə gündəm olub.

Bu həyat tərzinə Dru Mobley ilə tanış olduqdan sonra son verib.

Cütlük 1985-ci ildə evlənib və 1 il sonra ilk övladları Armi dünyaya gəlib.

Ailəni məhv edən ən böyük hadisə 1990-cı ildə baba Armandın vəfatı olub. Bu andan etibarən ailə münasibətləri sözün əsl mənasında qarışıqlığa çevrilib.

Armand ailə bağlarına əhəmiyyət verməyən insan olub. İş o yerə çatıb ki, o, ölüm döşəyində belə, öz imperiyasını oğluna, nəvələrinə buraxmamaqda israr edib. Onun fikrincə, oğlu Culian etibarsız idi, nəvəsi Maykl isə şirkətin gələcəyindən çox gecə həyatı ilə maraqlanırdı. Armand 180 milyon dollarlıq sərvətini qeyri-qanuni övladları və xeyriyyə təşkilatları arası bölməyi düşünüb. Lakin o, bunu vəsiyyətnaməsinə daxil etməmiş vəfat edib.

Armandın öldüyü gün varislər arasında böyük qarşıdurma başlayıb. Arminin atası Maykl xəbəri eşidən kimi malikanənin qapısından “Rolls-Royce”u götürüb qaçıb.

Mayklın atası Culian hər yerdən çox sayda qeyri-qanuni varislərin çıxdığını görəndə öz uşaqları da daxil olmaqla hər kəsi ölümlə hədələyib. Evin atasının üçüncü arvadının qardaşı qızına keçəcəyini biləndə evdəki bütün əşyaları maşına yükləməyə başlayıb.

Armandın nikahdankənar münasibətlərdən doğulan və haqlarını almaq istəyən övladları da miras davasında iştirak edir. Etirazlar və dava-dalaşlarla mətbuatın gündəmindən düşməyən vərəsəlik mübahisəsi məhkəməyə qədər gedib çıxıb və dava 30 ildir davam edir.

ARMİNİN ATASININ SEKS OYUNLARI

Maykl onu ölümlə hədələyən və bacısına təcavüz edən atası Culianın ölümündən sonra ailəsini Karib dənizindəki Kayman adasına aparmaq qərarına gəlib. Ailə burada dava-dalaşdan, münaqişədən uzaq bir həyat yaşayıb.

10 ildən sonra Kaliforniyaya qayıdan ailə, qalmaqallara baxmayaraq, cəmiyyət tərəfindən qəbul edilib və Maykl illərdir uzaqlaşdığı çevrəyə qayıdın.

O, köhnə avtomobil şoularında iştirak edib və müntəzəm şəkildə Santa Barbara polisinin lehinə olan xeyriyyə tədbirlərinə qatılıb. Bu dövrdə “Armand Hammer Vəqfi”nə daxil olan Maykl fond vasitəsilə böyük ianələr etməyə başlayıb.

Maykl fond ilə məşğul olmağa başladıqdan sonra köhnə vərdişlərinə qayıdıb. O, Santa Barbara əyalətinin Karpinteria qraflığındaki Armand Hammer Fondunun baş qərargahındakı "seks taxtı" və ya "yaramaz kreslo" ilə açıq şəkildə lovğalanıb.

Divanda sarışın qadınla şəkil çəkdirən Maykl qadını qəfəsə salıb, seks oyunları, narkotik və spirtli içkilərdən istifadə ilə yenidən gündəmə gəlib.

“DEDİ Kİ, BƏDƏNİNDƏN İSTƏDİYİM KİMİ İSTİFADƏ EDƏCƏM…”

Təbii ki, bu qədər qalmaqallarla tanınan bir ailədə Armi də boş qalmazdı. Armi 2011-ci ildə marixuadan istifadə etdiyi üçün saxlansa da, sonradan sərbəst buraxılıb.“The Social Network” filmi ilə sevilən Armi mavi gözləri və heyranedici üz cizgiləri ilə pis ailə reputasiyasını geridə qoymağı bacarıb.

O, qısa müddətdən sonra Klint İstvud, Leonardo Di Kaprio, Culia Roberts, Henri Kavill və Coni Depp ilə eyni layihələrdə iştirak etməyə başlayıb və iqtisadi cəhətdən müstəqillik qazanıb.

Ancaq ulduzu parladıqca Armi də dəyişməyə başlayıb.

“Başlanğıcda hər şey çox yaxşı idi. Onun yanında özümü çox yaxşı hiss edirdim. Lakin münasibətlər inkişaf etdikcə, Arminin psixoloji və fiziki manipulyasiyaları başladı. O mənimlə qorxulu fantaziyalarından danışırdı” - aktyorun keçmiş sevgilisi Kortni Vucekoviç deyib.

Arminin digər sevgilisi Culia Morrison birlikdə olduqları müddətdə 35 yaşlı aktyorun cinsi istismarının günbəgün artdığını iddia edib: "Mənə dedi ki, sevgini və bağlılığını sübut etmək üçün yalnız bir yolun var. İcazə verəcəksən ki, sənin bədənindən istədiyim yerdə, hətta ictimai yerlərdə istifadə edim…”

Son bir ildə Armi Hammer haqqında ifşa xarakterli açıqlamaların sayı sürətlə artıb. Bu açıqlamalar arasında adamyeyənlik iddiası xüsusilə diqqət çəkir. Arminin münasibətdə olduğu Effi adlı gənc qadın bu məsələni gündəmə gətirən ilk şəxs olub. Gənc aktyorun bir müddət münasibətdə olduğu model Kortni Vuçekoviç də oxşar iddia ilə çıxış edib.

“O, qabırğalarımı sındırıb yemək istədiyini söyləyirdi” - 34 yaşlı Vucekoviç deyib.

Bütün bunlardan aydın olur ki, Hammer nəslində zorakılıq, şiddət, istismar davam edir. Görünür, “House of Hammer” sənədli filmi aysberqin görünməyən tərəflərini də üzə çıxaracaq.

Nigar Cəfərli(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar