Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Səyahət etməyin 5 faydası

Qurani-Kərim və hədislərimiz səyahət etməyi tövsiyə etmiş və ona təvşiq etmişdilər.

Çünki mədəni və iqtisadi bağların möhkəmlənməsinə səbəb olar, insana çoxlu ibrət dərsləri qazandırar.

Quranda səyahət etmək hicrət etmək kimi bəyan edilmişdir. "Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır". ("Nisa" 100).

Əvvəllər səyahət deyildikdə, ticarət və iqtisadi rabitələr qurmaq nəzərdə tutulurdu.

Tacirlər İslam dinini təbliğ etdikləri üçün getdikləri yerlərdə çox sayda insanı İslama gətirirdilər. Ona görə də İslam dini Afrikaya qədər gedib çatmışdı.

İnsanlar bu səfərlərdən çoxlu faydalar əldə edirdilər. Bu ayənin də buyurduğu kimi, müxtəlif millətlərin mədəniyyəti ilə tanış olur və onların əldə etdikləri məharətlərə yiyələnirdilər.

"Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13).

Bu ayənin də buyurduğu kimi, bütün insanlar bir ata və anadan dünyaya gəliblər. Ona görə də bir-birinin qardaşıdırlar.

Müxtəlif millət və irqə malik olmaqları onları bir-birindən fərqləndirməz, çünki onların hamısı insandırlar.

Bəlkə hər bir millət əldə etdiyi istedad və məharətlərə görə başqalarından fərqlənər və üstün olar.

Qurani-Kərimdə bu həqiqətə işarə edilərək, buyurulur: "Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb, onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!". ("Zumər" 17-18).

Din alimlərinin nəzərinə görə səyahət etməyin beş faydası vardır:

1. Qəlbdəki qəmi aparar.

2. Ruzi əldə edər.

3. Elm əldə edər.

4. Müxtəlif mədəniyyətlərlə tanış olar.

5. Layiqli insanlarla dost olar.

İmam Sadiq (ə) buyurur: "Səfərə çıxın ki, sağlam qalasınız və səfərə çıxın ki, istifadə edəsiniz".

Həzrət Peyğəmbər (s) buyurur: "Mən ümmətimə beş şeyi tövsiyə edirəm: qulaq asmağı, itaət etməyi, səyahətə çıxmağı, cihadı və vəhdəti".

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

Minlərlə ton içməli suyu mənimsəyənlər: Bakının bir rayonu “lider”dir

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"

Ən çox oxunanalar