Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgiyə möhtac qalan Bakı quldurları


Səhər Əhməd


Yay bitmək üzrə. “Köçəri” həyatdan “otu­raq” həyata keç­dik axır ki.
 
Hər dəfə uzun fasilədən sonra Bakıya dö­nəndə nəsə bir həyəcan duymaq istəyirəm. İlk dəfə kənddən şəhərə gələndə olduğu kimi. Həmin sevinc və heyrət qarışıq, azadlıq və gələcək vəd edən o gözəl hissi bir daha dadmaq istəyirəm.
 
Amma hər ayrılıqdan sonra bir az da boz görünür gözümə bu şəhər.
 
Sanki hər gün eyni adamları daşıyır eyni marşrutlar. Eyni tıxaclarda eyni söyüşlər. Eyni tinlərdə eyni dilənçilər.
 
Köhnə bir film qəhrəmanının dediyi kimi: “Belə də şəhər olar, quldurları da tanışdı”.
 
Nə zaman belə qocaldı bu şəhər, küçə-küçə, tin-tin adiləşdi, kəndimiz qədər darlaşdı axı?! Nə zaman unutduq ki, bir-birimizi?!  Öldürüb dəfn etdiyi xatirələrin üstüylə bu qədər asan yeriyə də bilərmiş adam.
 
Bəlkə də dörd divara satdıq biz bu şə­hə­ri, yuva qurmaq, onu qorumaq çabasına. Qəribə deyilmi, quşlar belə o boyda göylər varkən, kiçik bir yuvaya sığınır sonunda. Onlar da öz azadlıqlarını dörd divara dəyişir bir gün.
 
İndi yəqin, yeni sevgililəri var bu şəhərin. Hələ heyrəti öl­məmiş adamlar. Kitabları doğma balası kimi sinəsinə sıxıb kü­çə­lərdə kəpənəktək uçuşan tələbə qızlar. Parklardakı skam­yaları, ağac­ları sevən gənclər. Amma onlar bu şəhərin mən olmayan tə­findədirlər. Çoxdandı mən yal­nız  özüm kimi gündəlik rutin hə­ya­tın bir rən­gə boyadığı yorğun üzləri görürəm...
 
Bax elə bu yerdə tükürpədici bir siqnal səsi məni dü­şün­cə­lərdən ayırır.
 
- Ehh,- deyirəm öz-özumə, - ehh, belə də şəhər olar, quldurları da sevgiyə möhtacdı.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar