Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şevçenko: "Ermənistan tərəfi qəsdən Azərbaycanı təxribata çəkir"

Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.

Onun fikrincə, Ermənistanın daxilində olan və bilərəkdən bu təxribatları təşkil edən qüvvələr sülh razılaşmasının qarantı olan Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna və şəxsiyyətinə zərbə endirirlər:

Ermənistana cavabdeh olan Rusiya Ermənistan tərəfinin xalqlar arasında sülhə aparan razılaşmalara riayət etməsinə nəzarət edə bilmir. Ermənistan cəmiyyətinin daxilində olan təxribatçılar bilərəkdən Vladimir Putinin nüfuzuna xələl yetirməyə çalışırlar”.

Politoloq qeyd edib ki, sülh prosesinin inkişafına aparan bütün bəyanatlar şübhəsiz ki, müsbət xarakter daşıyır və ölkələr arasında gələcək əməkdaşlıq üçün gərəklidir:

“Düşünürəm ki, Ermənistan cəmiyyətindəki ağıllı qüvvələr qalib gələcəklər. Oliqarxların öz oyunlarını oynaması və bu yolla pul qazanması üçün erməni xalqı müharibə adlı sallaqxanaya göndərildi. Milli maraqlar insanlar üzərində kommersiya və manipulyativ idarəetmə üsulundan üstün olmalıdır. Keçmişi unudub gələcək naminə çalışmaq lazımdır. Ermənistan qonşuları ilə sülh əldə edib düşmənçilikdən əməkdaşlığa keçərsə erməni xalqı sadəcə normal yaşamağa başlayacaq”.

Şevçenko həmçinin Azərbaycanı sülh prosesi üzərində işləməkdə davam etməyə çağırıb:

Azərbaycan xalqı xeyirxah, igid və güclü xalqdır. O, Ermənistanla dinc münasibətlərin qurulmasına töhfə verməkdə davam etməlidir. Heç kim Ermənistanın daxilində sülhün olmasında Azərbaycan qədər maraqlı deyil”.

Xatırladaq ki, iyulun 15-i gecə radələrində müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

Ən çox oxunanalar