Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı ABŞ-a qarşı...

Ər-Riyad Pekinlər siyasi və iqtisadi əlaqələrini gücləndirir...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı dekabrın 9-da Çin Xalq Respublikasının sədri Si Cinpinin də iştirak etdiyi Çin-Ərəb sammitinə ev sahibliyi edəcək və iki ölkə liderlərinin ticarət əlaqələri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Çin liderinin səfəri ABŞ-Səudiyyə əlaqələrinin ən aşağı səviyyədə olduğu, Qərbin Rusiya neftinə embarqo qoyması, qeyri-müəyyənliyin qlobal enerji bazarlarına təsir etdiyi və Vaşinqtonun Çinin Yaxın Şərqdə artan təsirinə ehtiyatla baxdığı bir vaxta təsadüf edir.

Diplomatların Reuters agentliyinə verdiyi məlumata görə, Çin nümayəndə heyətinin Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə enerji, təhlükəsizlik və investisiyaları əhatə edən onlarla müqavilə imzalayacağı gözlənilir.

Çin 2021-ci ildə 87,3 milyard dollarlıq ikitərəfli ticarətlə Səudiyyə Ərəbistanının ən böyük ticarət tərəfdaşıdır. Çinin Səudiyyə Ərəbistanına ixracı 30,3 milyard dollara, Çinin krallıqdan idxalı isə 57 milyard dollara çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Çinin ən böyük neft tədarükçüsüdür və Çinin ümumi xam neft alışının 18%-ni təşkil edir və Çinin gömrük məlumatlarına görə, 2022-ci ilin ilk 10 ayında cəmi 55,5 milyard dollar dəyərində, gündə 3,54 milyon ton (1,77 milyon barel) neft idxal olunub.

Ötən il Səudiyyə Ərəbəistanından 43,9 milyard dollar dəyərində 87,56 milyon ton neft idxal olunub ki, bu da Çinin Səudiyyə Ərəbistanından ümumi mal idxalının 77%-ni təşkil edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar