Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şerlok Holms, yoxsa taksi şoferi?


Hər bir romançı bir çox məqamda öz qəhrəmanı ilə eyniləşdirilir.


Bu konteksdə indicə oxuduğum iki əhvalatı bölüşmək istəyirəm.
 
Artur Konan Doyl adı bəlkə də çoxuna heç nə demir.
 
Konan Doyl qəhrəmanı Şerlok Holmsdan daha az məşhur olan yazıçıdır.
 
Şerlok Holms qəhrəmanı yaratdıqdan sonra yazıçı “Detektiv Şerlok Holmsa” ünvanlı məktublar almağa başladı.
 
Oxucular qarşılaşdıqları qəribə əhvalatları yazıb Şerlok Holmsdan kömək istəyirdilər.
 
Əslində Konan Doyl Şerlok Holms hekayələrini yazmağa çox həvəsli deyildi, bir müddət sonra o, Şerloku qəddar düşməni Morairtiyə öldürtmüşdü də.
 
Lakin Londonda bu hadisə geniş rezonans doğurmuş, yazıçının ünvanına çoxlu məktublar gəlmişdi.
 
Oxucular seriyanın davamını tələb edirdilər.
 
Hətta kraliçanın da Konan Doyldan bu səpkidə xahiş etdiyini hardasa oxumuşam.
 
Sonra Konan Doyl Holmsın ölmədiyini, Tibetə getdiyini yazıb hekayələri bərpa etdi.
 
Oxucuların yazdığı məktublar isə Konan Doyl üçün xammal idi, lakin bu xammalı işləmək üçün hadisələrin çözülməsinə də ehtiyac vardı.
 
Üstü açılmamış bir cinayət hansı oxucuya maraqlı ola bilərdi ki?
 
Bir gün Konan Doyl məktub alır.
 
Məktubda bankda olan bütün pulunu çəkib sonra teatra gedən və itən adamın aqibəti soruşulurdu.
 
Konan Doyl bu hadisəni dərhal çözdü.
 
İtən adam Edinburqda olmalıydı, çünki teatrın bitmə saatına uyğun gələn yeganə qatar Edinburq qatarı idi.
 
Adamı Edinburqda da tapdılar.
 
Əlbəttə ki, bu maraqlı əhvalatdır, lakin ondan da maraqlısı var.
 
Konan Doyl xarici səfərlərin birində taksiyə minir, sürücü ona familiyası ilə xitab edir.
 
Yazıçı sürücünün bu uzaqgörənliyinə təəccüblənərək soyadını hardan bildiyini soruşur.
 
Sürücü isə cavab verir: “Çamadanınızın üstünə adınız və soyadınız yazılıb”
 
Şerlok Holmsu yaratmaqla deyil, sürücünün adi bir diqqəti də yazıçını heyrətləndirə bilər.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar