Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədi qanunsuz keçmək istəyən qadına cəza verilib

Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadına cəza verilib...

Qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran rayon sakini Gül Əkbərova Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

PİA.az xəbər verir ki, saxlanılan şəxs Balakən rayonunun Poştbinə kəndi ərazisindəki çayı keçərək Gürcüstan istiqamətində irəliləyib.

Sərhədçilər tərəfindən saxlanildiqdan sonra Gül Əkbərova barəsində Cinayət Məcəlləsinin 29 318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs məhkədə verdiyi ifadəsində Türkiyəyə gedib, orada yaşayan qızını görmək üçün sərhədi pozduğunu deyib:

"14 yaşlı qızım atası ilə birgə Türkiyədə yaşayır. Təyyarə ilə getməyə imkanım olmadığı üçün, quru sərhədlər bağlanandan bu günə qədər qızımı görməmişəm. Əvvəl Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim. Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu zaman “Dayan!” qışqırığını eşidib dayandım...”

Səbail Rayon Məhkəməsinin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə cəzasına məhkum edilib.(apa)

pia.az


Etiket: DSX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar