Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu Şuşa səfərindən narazı qaldı

İyunun 15-də 40-a qədər siyasi partiya rəhbərlərinin Şuşaya səfəri qalmaqalsız ötüşməyib.

PİA.az xəbər verir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa partiya sədrləri də dəvət olunmuşdu.

Partiya sədrləri Şuşada xeyli şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Amma ADP sədri Sərdar Cəlaloğlunun həmin fotolarda olmaması diqqətimizi cəlb etdi.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu da Şuşada olub.

"O, sadəcə şəkil çəkdirmək istəməyib", - P.Hüseyn deyib.

Məlumata görə, S.Cəlaloğlu Şuşaya səfər etsə də, bu səfərin formatı onu qane etməyib. Belə ki, dünənə qədər Rusiyanı tərifləyən, Türkiyəyə qarşı qısqanc mövqeyilə seçilənlərin onunla eyni avtobusa mindirilib, eyni tədbirə yola salınmasından narazı qalıb. (Teleqraf.com)

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar