Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SEPAH-dan Azərbaycana qarşı sərsəm iddia

Öldürülmüş Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib...

İran İnqilab keşikçiləri Korpusuna məxsus "Gizli bülleten" Telegram kanalında İranda əxlaq polisi tərəfindən öldürülmüş Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib.

Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduqları, bununla da Zəngəzur dəhlizini İranErmənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdıqları yazılıb.

"Məşum Azərbaycan, Türkiyə və İsrail üçbucağı Zəngəzuru ələ keçirə biləcəkləri halda NATO Xəzər dənizinə girəcək və bununla da öncədən planlaşdırıldığı kimi İranın parçalanmasına start veriləcək", - deyə, SEPAH-ın bülletenində iddia edilib.

Bülletendə Məhsa Əmininin öldürülməsinin adıçəkilən ölkələrin planları əsasında olduğu və beləliklə SEPAH və ordunu daxili toqquşmalarla məşğul edərək Zəngəzuru işğal etməyə çalışıldığı deyilir.

Yazıda bu istəyə qismən nail olunduğu, İran silahlı qüvvələrinin daxildəki etiraz aksiyalarının qarşısını almaq üçün cəlb edildiyi və bununla da sərhədlərdə hərbi gücün yetərincə qalmadığı qeyd olunub.

"Əgər İran yeni bir müharibəyə cəlb edilərsə, ölkənin parçalanması qaçılmazdır. Bir ölkənin ordusu eyni vaxtda bir neçə cəbhədə savaşa bilməz. Kürd separatçılar Qərbdən, pantürkistlər Təbrizdən, Əl-Əl-Əhvaz qruplaşması Əhvazda, Səudi Ərəbistanın dəstəklədiyi təkfirçilər Sistan-Bəluçistanda və habelə Kuruşpərəstlər (Kir) mərkəzdə ayrılmaq üçün istiqlal bayrağı qaldırıblar. Qurdların və kaftarların ulama səslərini eşitmirsiniz?", - deyə, bülletendə xəbərdarlıq edilib.

pia.az 


Etiket: SEPAH


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar