Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

SEPAH Azərbaycanda sabitliyi pozmaq istəyir... - Buna gücü və imkanı çatarmı?

Azərbaycan daxilindəki iranpərəst dindarlar ölkədə sabitliyi pozacaq qədər güclü təmələ sahibdirlərmi?..

Politoloq: “İranın Azərbaycanda proseslərə ciddi təsir edə biləcək gücü yoxdur”.

“Əslində bu yeni informasiya deyil. Çünki İnqilab Mühafizəkarları həmişə həm İranda, həm də İrandan kənarda pozucu fəaliyyətlə məşğul olublar”.

Bu sözləri politoloq Natiq Miri İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaratmasl ilə bağlı yayılan xəbəri PİA.az-a şərh edərkən qeyd edib.

İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib. Bu barədə məlumat verən “The Middle East Monitor” portalı yazır ki, hadisələrin bu cür inkişafı təbii ehtiyatlarla zəngin ölkədə daxili təhlükəsizliyin və siyasi stabilliyin pozulması tendensiyasını başlada bilər.

İranın Azərbaycan daxilində bu pozucu addımlarını nə necə dəyərləndirmək və Azərbaycan daxilindəki iranpərəst dindarlar ölkədə sabitliyi pozacaq qədər güclü təmələ sahibdirlərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “İranRusiya adına, yəni Azərbaycana düşmənçilik mövqedə olan qonşu ölkələr adına Azərbaycanda hər hansı bir pozucu hərəkat başlatmaq mümkün deyil”.

SEPAH-ın bu açılmasınln daha çox Azərbaycana təzyiq xarakteri daşıdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, İnqilab Keşikçiləri Azərbaycanda terror aktı reallaşdıra bilrlər, amma Azərbaycanda sabitliyi poizmaqvə xaqlı parçalamaq imkanı yoxdur. Azərbaycanın İranla sərhədləri boyunca hərbi təlimləri Azərbaycana nə qədər təsir etdisə, SEPAH nümayəndələrinin verdiyi bu açıqlama da bundan daha aşağı səviyyədə təsiri var:

“Əslində bu yeni informasiya deyil. Çünki İnqilab Mühafizəkarları həmişə həm İranda, həm də İrandan kənarda pozucu fəaliyyətlə, daha doğrusu terror fəaliyyəti ilə məşğul olublar. Bu baxımdan SEPAH-ın bu cür açılmalar verməsi təbiidir və gözlənilən idi.

Həmçinin bu informasiya şişirdilmiş formada təqdim olunur. Çünki İranın Azərbaycanda proseslərə ciddi təsir edə biləcək gücü yoxdur. Nə qədər bu məsələni şişirtsələr də, Azərbaycanda yaratdıqları casus şəbəkəsi düşünürəm ki, Azərbaycanda bütövlükdə ictimai-siyasi vəziyyəti pozacaq gücdə deyil. Ayrıca Azərbaycan cəmiyyəti İran adına adına atılan bu addımları heç bir zaman dəstəkləməyəcək. Çünki Azərbaycan ictimaiyyətinin artıq İrana münasibəti bəllidir.

Natiq Miri: “Azərbaycan cəmiyyətinin heç bir təbəqəsi, istər dindar, istər dindar olmayan təbəqəsi İranın bu pozucu fəaliyyətini dəstəkləməyəcək”.

İki Qarabağ müharibəsində İranın Azərbaycana qarşı düşmənçilik mövqeyini Azərbaycanda hamı bilir və bu yazın zamanda unudulacaq bir şey deyi. Buna görə də İranRusiya adına, yəni Azərbaycana düşmənçilik mövqedə olan qonşu ölkələr adına Azərbaycanda istənilən bir pozucu hərəkat başlatmaq mümkün deyil. Ola bilsin könül poza bilərlər. Amma bunu milçək vızıltısı səviyyədə edə bilərlər. Bütövlükdə Azərbaycan cəmiyyətinin heç bir təbəqəsi, istər dindar, istər dindar olmayan təbəqəsi İranın bu pozucu fəaliyyətini dəstəkləməyəcək.

Düşünürəm ki, SEPAH-ın bu açılması daha çox Azərbaycana təzyiq xarakteri daşıyır. Guya ki, onlar Azərbaycanda nələrsə edə bilərlər. İnqilab Keşikçiləri Azərbaycanda terror aktı reallaşdıra bilrlər, amma Azərbaycanda sabitliyi poizmaqvə xaqlı parçalamaq imkanı yoxdur. Azərbaycanın İranla sərhədləri boyunca hərbi təlimləri Azərbaycana nə qədər təsir etdisə, SEPAH nümayəndələrinin verdiyi bu açıqlama da bundan daha aşağı səviyyədə təsiri var. Buna görə də SEPAH-ın bu açıqlamasını qeyri-ciddi və növbəti Azərbaycana qarşı düşmənçilik kimi sayıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

"Prezidentimizin quluyam..." - İşdən çıxarılan nazir müavini

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Operativ Qərargahda "Omikron" ştammı və "Yeni il şənliklərində təhlükəsizlik qaydaları" ilə bağlı geniş iclas keçirilib

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

"Azərbaycandan İğdıra avtomobil yolu çəkiləcək" - Ərdoğan

Ən çox oxunanalar