Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə qardaş bacısını qətlə yetirib - Yenilənib

Şəmkirdə qətl hadisəsi baş verib...

Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.

"Report"un xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

***

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qənirə Şərifova qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şərifli tərəfindən bıçaqla qətlə yetirilib.

Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb.

Araşdırma aparılır. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

pia.az


Etiket: qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar