Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səkkiz gün komada qalan uşaq KTM-də həyata qaytarıldı

Qusarda 27 may tarixində dərsdən çıxıb, marketə gedərkən yolda avtomobilin vurduğu 2010-cu il təvəllüdlü məktəbli Kliniki Tibbi Mərkəzdə səkkiz gün komada qaldıqdan sonra həyata qaytarılıb.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən və səkkiz gün komada olan yeniyetmə artıq sağlamlığına qovuşub:

“Gətirilərkən süni tənəffüs aparatında olan və qəzadan sonra komaya düşən, mərkəzin üç fərqli şöbəsində çoxsaylı tibbi müdaxilələr görən yeniyetmə üçün hazırda hər-hansı həyati təhlükə yoxdur.

Məlumat üçün deyim ki, yeniyetmə 10 gündən artıq (onun səkkiz günü koma vəziyyətində) Mərkəzin Reanimasiya şöbəsində qalıb və müvafiq intensiv prosedurlar həyata keçirildikdən sonra tədricən özünə gəlib. Daha sonra qapalı kəllə-beyin travması, beyinin sol alın payının əzilməsi diaqnozu ilə Neyrocərrahiyə şöbəsinə köçürülüb və orada müalicəsi davam etdirilib. Bunun ardınca isə hər iki almacığın, burunun, o cümlədən çənənin sağ və sol payının çoxsaylı, qəlpəli, yerini dəyişmiş sınıqları səbəbindən Mərkəzin Üz-çənə şöbəsinə yerləşdirilib. Artıq bu şöbədə də nəzərdə tutulan cərrahi əməliyyatlar uğurla başa çatdırılıb. Hazırda yeniyetmənin vəziyyəti stabildir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq”.

Yeniyetmənin nənəsi Seçmə Maverdiyeva deyib ki, nəvəsini ilk olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparıblar:

“Orada ona ilkin tibbi yardım göstərildi. Vəziyyəti çox ağır olduğu üçün təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirdilər. Burada isə birbaşa Reanimasiya şöbəsinə yerləşdirdilər. Nəvəmin vəziyyəti çox ağır idi. O qədər ağır idi ki, həyatda qalmağına ümidimiz heç yox idi. Amma buradakı həkimlərin sayəsində o sanki yenidən həyata gəldi. Onların hər birinə çox sağ ol deyirəm, nə yaxşı ki, belə həkimlərimiz var. Bütün xərclərimizi İcbari Tibbi Sığorta Agentliyi qarşıladı. Bu qədər xərci qarşılamağa bizim imkanımız yox idi. Bu şəraiti yaradanlara çox minnətdarıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar