Şəkidə çörək sexinin müdiri faciəli şəkildə ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vurub. R. Talıbov aldığı elektroşok xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
pia.az