Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səhv”


Azər Xanlarovun hekayəsi


- Allah haqqı günahsızam, Quran haqqı, vicdan haqqı günahsızam. Vallah günahsızam.
 
- Ə... ə kəs, əclaf... olduğu kimi danış! Elə bildin qaçıb domda oddıxat eliyəsən hə??? Təpən haqqı...
 
- Rəis, vallah, günahsızam... Cəmi iki manatım qalmışdı. Evdəki tapşırdıqlarının yarısına güclə, qısa-qısa çatdırdım cibimdəkini. Aldıqlarımı götürdüm, dükandan çıxanda fikirləşdim, yenə kontur almamış evə getsəm vay halıma. Cibimdə qalan iki manatı da kontura versəm, sabah işə getməyə, yeməyə pul dilənəm, gərək. Bu dəfə də kontursuz getsəm evdə söyüşün biri beş qəpiyə çıxmazmı? Uşaqlar aramıza girib əsir-yesir olmazmı? Sonra dedim, bəlkə paltar paraşokunu qaytarım, pulunun yerinə kontur yükləyim, sabah da işə yol pulum, yeməyə xərcliyim qalsın. Cəhənnəmə ki paltarlar yenə kirli qalsın, söyüşdən, dava-dalaşdan kirli paltarnan keçinmək min dəfə əladı. Əynim təmiz olmaqdansa, qulağım təmiz qalsın.
 
Satıcıya xahiş etsəm də:
 
- Alınan mallar geri qaytarılmır-deyib acıqlı-acıqlı üzümə elə bozardı ki, ölüb yerə girdim. Cəhənnəm olsun hər şey dedim, iki manatın hamısını kontura verim, özümə acıqlandım, özümü danladım, özümü söydüm, təhqir elədim. Bir əlimdəki iki manata göz qoydum, bir sabah işə yol pulumu, yemək xərcliyimi fikirləşdim, bir də kontursuz evə qayıtmağı başımda var-gəl elədim. Fikirləşdiklərimin hamısına tüpürdüm, manatlıqların üst-başına baxdım, kontur dedim. Bankomat buzov anasının məmələrini soran kimi qapdı əlimdəki manatları... Cəhənnəm ikisi də kontura getsin, gerisi Allah kərimdi, təki evdə qırğın olmasın dedim. Elə bu fikirləri beynimdə çözələyə-çözələyə dükandan çıxdım. Yolda bir də yadıma nə düşsə yaxşıdı? A... A, aman Allah, axı evdəkinin nömrəsi 051-nən başlayır, mən niyə 050-yə yüklədim konturu? Əsəbiləşsəm də iş işdən keçmişdi. Mən başı batmış bu yekəliyində heyvərəliyi hardan elədim, nə təhər elədim başa düşmədim... Bu vurhavurda de gəl evə get... Day yolu tələm-tələsik getmirdim, lap yavaş-yavaş evlərə, ağaclara baxa-baxa, yolda kimi görsəm salam verib salam alırdım ki, evdə məni gözləyən kontur davasının vaxtını bir az yubadım, vaxt, zaman azuqə eləyim. Birdən fikrimə gəldi ki, bəlkə konturu göndərdiyim Allah eləməsin kiminsə anası, bacısı, yoldaşıdı. Evdə yazığa deyən olmaz ki, bu konturu kim vurdu telefonuna? Niyə mənə görə kiminsə evində dava-dalaş olsun? Tez dükana qayıtdım, çeki atdığım zibil yeşiyinə tərəf qaçdım, nömrəni tapıb zəng elədim ki, olanı deyim. Nömrəmi gizlətdim ki, təmizliyimi, saflığımı birdən ələ salıb gülər. Fikirləşərlər, ilin, günün bu vaxtı kimdir bu qədər dürüst olan, pak olan.
 
- Alo... Salam, bağışlayın...
 
Odboy verdim, mənim konturum getməsin kreditə götürmüşdüm lap az qalmışdı, lap az, beş-on qəpik. Özü zəng eləsin başa salım, səhvən yüklədim nömrənizə konturu. Fikirləşdiyim kimi də oldu qadın səsi idi telefondakı. Amma zəng edən olmadı. Birdən ağlıma gəldi ki, axı gizlin nömrədən yığdım, o, yazıq hardan bilsin nömrəmi zəng eləsin. Bir də açıq nömrəylə yığım, bəlkə rəhmli biri olar, konturumu da qaytarar özümə. Tələsik açıq nömrədən zəng elədim. - Alo, salam xanım, - deməmiş səs kəsildi, bildim ki, konturum qurtardı. Bu dəfə telefonda kişi idi. Eynimə gəldi ki, pis nəsə var bu işin əmmaməsində. Dalağım sancdı. Bir də baxdım həmin nömrədən zəng gəldi. Qırıq səslə "alo" demişdim ki...
 
- A çaqqal, sən öl səni də tapıb doğrayacam. Biləsən ki, camaatın arvadını ələ alıb, kontur göndərməyin axırı nə olur, biqeyrət, binamus köpək oğlu, binamus...
 
Heç nə başa düşmədim, əlim əsə-əsə telefonu söndürdüm. Dodaqlarım uçuxladı. Evə necə gəldiyimi xatırlamıram. Yoldaşım nə desə də cavab vermədim, dilim topuq vururdu, danışa bilmirdim. Qırx-əlli dəqiqə keçməmiş həyətə polis maşını gəldi. Məni tutdular, qollarımı qandalladılar, gətirdilər şöbəyə. Vallah, günahsızam, rəis...
 
– Ə... ə bu telefondakı nömrələr nədi belə?
– Nə nömrə, rəis?
– Prava satan Əli, Qiymət Mamed, Dolya İlham...
– Rəis, prava satan Əli prava satır. İnanmırsansa, zəng edim, bax.
- Davay, de nömrəni, yığım danışaq.
– Alo, salam, Əli müəllimdi?
– Salam, hə, müəllimdi. Kimdi, nə lazımdı?
– Bizə prava lazımdı.
– Qardaş, quzu kəsərəm, hər kateqoriyanın öz qiyməti var.
– Məsələn, A.B. kateqoriyası deyəyin.
- Sənsən də sayıb zəng eləmisən 900-dü, 8-ə düz-qoş edərəm...
 
...Bir də oyandım ki, səhərdi, həmişə olduğum kimi dünyalar qədər sevdiyim yoldaşım yenə əlləri ilə saçıma sığal çəkir:
 
- Dur nahar eləyək, əzizim.
- Tez su gətir, yuxuda səni yaman pis gördüm- dedim.
- Necə gördün, canım?
- O dəfə gördüyümdən gördüm.
 
İkimiz də qapıdan iməkləyə-iməkləyə otağımıza gələn körpəmizə baxıb güldük...
 
...İndi ağlıma gəlir ki, qonşumuz Ümidin qardaşını şərləyib 8 il iş kəsiblər, gündüz hər onu fikirləşəndə gecə ona bənzər yuxular görürəm. Yazığın evində həmişə pul, yemək, geyinmək, gəzmək üstə qırğın olardı. İki diplomunun heç biri köməyinə gəlmirdi, yuxarıda adamı, cibində pulu yox idi.
 
İpək kimi yumşaq idi, amma qadın sarıdan bəxti gətirməmişdi. Nəsə... duraq, axşamdı, evə getmək lazımdı. Sonra yoldaşın səni də danlamasın kontur üstə. Onsuz da bu həyat belədir, kiminin komasında xoşbəxtlik, kiminin villasında bədbəxtlik, kimi şərəfiynən yeyir, kimi də onun-bunun... nə bilim ey... duraq gec oldu... Hardansa eşitmişdim, nəyinsə hesabına paqon alan yuxundakı o polisdən biri əlaçı tələbələrdən birinə deyirmiş ki, ağıllı ol bala, məntiqin olsun. Avropaya bax, dünyaya bax.
 
- Hə... Yaxşı yadıma saldın bizim də qonşumuzda elə biri var. Anası o vaxt gəzdiyi kişiyə xahiş eliyib ki, oğlum yazıqdı, bir paqonnan-zaddan ver gələcəkdə onun-bunun əlinə baxmasın. Bu yaxınlarda görmüşəm. Deyirəm, qonşu, Allah rəhmət eləsin atanın da ili yaxınlaşır. Sakit adam idi rəhmətlik. Deyir, qonşu, mamamın canı sağ olsun, papadan çox papa... Əlim üzümdə qaldı. Dur, qaqa, bu ölüm ki var... bu ölüm yer üzünün süpürgəsidi, bizi də süpürər bir gün. Yaxşılarına baxıb şükür edək. Dur e gecdir...
 
...Hə, əziz oxucu, bu həmsöhbətlərdən biri əvvəl müəllim olub. Dərsdə şagird Şekspir əvəzinə Sekspir yazdığına görə qulağını dartıb. Valideyn də şikayət edib, onu işdən qovublar. O birini, vallah, mən də tanımıram, deyəsən, heç özü də kimliyini bilmir.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar