Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhmdar cəmiyyəti: "Araz çayının suyu 35 % azalıb"

Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarında sululuq azalmağa doğru gedir. Son məlumatlara görə, Kürün suyu 27 %, Arazın suyu isə 34,6 % azalıb.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya və Su Təsərrüfatı obyektlərinin istismarı şöbəsinin baş məsləhətçisi Riad Axundzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda su qıtlığı ilə üzləşəcək ölkələr sırasındadır.

"Şirin su ehtiyatlarının 29,9 %-i ölkə ərazisində formalaşır, qalan 70,1 %-i isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır.

Azərbaycanın ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektardır. Suvarma kanallarının ümumi uzunluğu isə 52 000 km-dir. Bu kanalların 73 %-i torpaq məcralı kanallardır.

Aparılan araşdırmalara görə, qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Təəssüf ki, bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.

Son illər bir sıra əsas çaylarımızda suyun həcmi azalıb, bir hissəsində isə artım müşahidə edilir. Əsasən başlanğıcını Rusiyaİrandan götürən çayların sululuğu azalır", - deyə o, qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar