Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidlərlə bağlı vacib təşəbbüs: Nazirlik "hə" dedi, icra başçısı isə...

Bakı şəhərində şəhidlərin xatirəsinə həsr edilən "Vətən bağı” adlı park salına bilər. 

Bu barədə Bakıvaxtı.az-a ictimai fəal Emin Tarverdiyev bildirib. 

İctimai fəal qeyd edib ki, onun bu təşəbbüsünə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müsbət cavab verilib.

"Dostlarla Bakı şəhərində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq "Vətən bağı" parkının salınması layihəsini müzakirə etdik. İlk olaraq sosial şəbəkələrdə olan dostların rekasiyasını öyrənmək üçün paylaşım etdik. Qısa zamanda böyük dəstək gəldi, bu dəstəyə şəhid ailələri və qazilərimiz də qoşuldu. Neçə şəhid anası, qardaşı mənimlə əlaqə saxladı, təşəkkür etdi və bizə dəstək olacaqlarını bildirdilər.

Artıq dostların, şəhid ailələri və qazilərimizin dəstəyini görəndən sonra ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) elektron formada məktubla müraciət etdik. Qısa zamanda ETSN məktubumuza cavab verdi. Bildirildi ki, "Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün "Vətən bağı” adlı park salmaq təşəbbüsünüzü yüksək qiymətləndiririk. Layihənin həyata keçirilməsi üçün tinglər Nazirlik tərəfindən təmin olunacaqdır. Ərazinin seçilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur. Ərazi seçildikdən sonra əməkdaşlarımız tərəfindən Sizə lazımi dəstək göstəriləcəkdir”,-deyə E.Tarverdiyev bildirib.

İctimai fəal deyib ki, o məsələ ilə bağlı dünən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) elektron formada məktub ünvanlanıb: "Ümidvarıq ki, bu layihəmizin ərsəyə gəlməsinə BŞİH başçısı cənab Eldar Əzizov da öz dəstəyini nümayiş etdirəcək, "Vətən bağı” parkının salınması üçün müvafiq göstərişlərini verəcəkdir.  

Bizə sadəcə həmin parkın salınması üçün yer ayrılması lazımdı. Geriyə qalan bütün texniki işləri özümüz həll edəcəyik. Həmçinin bu parkda hər bir ağacın yanında QR kodlar asılacaq. Hər QR kod oxudulduqda 1 şəhidimiz haqqında informasiya telefonda göstəriləcək. Ağacların suvarılması sistemini damcı üsulu ilə həyata keçirmək niyyətindəyik. Bu həm də həmin ağacaların qısa zamanda inkişafına öz təsirini göstərəcək”.

Qeyd edək ki, E.Tarverdiyev və ictimai fəallar xeyirxah insanların dəstəyi nəticəsində 125 ailəyə ərzaq yardımı göstərib, şəhid ailəsi üçün evi inşa edib təhvil verdik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar