Çərşənbə axşamı, 15 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şəhid Xudayar Yusifzadəni təhqir edəni döyənlərin kimliyi müəyyənləşib

Sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadəni döyən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Report"a bildirib ki, həmin videogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Özünə "DOST" əhaliyə DÜŞMƏN kəsilən ƏƏSMN-də "şirinliyin" elektron variantı

Dörd nəfərin ölümünə səbəb olan sürücünün hansı vəzifəni tutduğu məlum oldu - Foto

Prezident Daşaltı kəndində tunelin təməlini qoyub - Yenilənib, Foto

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun biznes dünyası - Siyahı

Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal – Foto

“Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” - Xalq artisti

“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan

“Nərminin otaqdan qaçmaq şansı yox idi” – İlkinin etirafedici ifadəsi

“Onu əvəzləyəcək kadr yoxdurmu?” - Partiya sədri

Ən çox oxunanalar