Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib

Qəzetəzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Bu barədə PİA.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda şəhidin atası Sübbuh Babayev ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çeçenistan Rusiya bayrağından imtina etdi... - Moskva ilə Qroznı arasında hansı anlaşılmazlıqlar var?

BƏƏ Türkiyəyə 10 milyard dollarlıq yatırım edir... - Abu-Dabini bu qədər dəyişdirən hansı səbəbdir?

Əməkdar artist xalq şairinin “şit diringi” iradına mansibət bildirdi

Qərb İranı gücləndirməyə, Türkiyəni zəiflətməyə çalışır - Bəs Türkiyə iqtisadiyyatının sonu necə olacaq?..

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

Vüqar Rəhimzadə: “Soçi görüşü Azərbaycanın gücünü, Ermənistanın isə reallıqla barışmalı olduğunu təsdiqlədi”

Azərbaycan neftinin qiyməti kəskin aşağı düşdü

DÇ-2022: Pley-off mərhələsinin püşkü atıldı

Tanınmış lisey direktorunun evindən oğurluqda ittiham olunan qadının məhkəməsi başlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay