Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid bulağının açılışına getməyən gənc icra başçısı həftə sonları Bakıda kef edir

Tanınmış hüquqşünas Aslan İsmayılov Ağstafa rayonunun icra başçısı Seymur Orucovu sərt tənqid edib.

PİA.az xəbər verir ki, Aslan İsmayılov icra başçısını şəhid ailələrinin və qazilərin problemlərinə biganə olmaqda ittiham edib:

“Bir çoxları haqlı olaraq 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı olan biganəlikdən şikayət edirlər. Yerli icra hakimiyyətləri özlərini elə aparırlar ki, sanki onlara qayğı göstərmək onların borcu deyil, əksinə şəhid ailələri və müharibə veteranları onlardan xahiş etməli və yalvarmalıdırlar. Bircə faktı diqqətinizə çatdırım.

44 günlük Vətən müharibəsində şücaət göstərib, şəhid olmuş, vəfatından sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Azər Yusiflinin ailəsi hələ də Prezidentin Fərmanının icrasını gözləyir. Artıq bir ilə yaxın vaxt keçsə də Qəhrəmanın adının əbədləşdirilməsini göstərən bir addım belə atılmayıb. Kənd orta məktəbinə şəhidin adının verilməsi, ona abidə qoyulması və s. məsələlər hələ də öz həllini gözləyir.

Ağstafa rayonunun İcra başçısı 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları bulağın açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar