Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edildi

Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində bir qrup şəhid ailəsinin üzvü iştirak edib. Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə şücaət göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.

Müdafiə nazirliyindən verilən məlumata görə, orden və medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, Azərbaycanımızın bütövlüyü və müdafiəsi uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Müharibə iştirakçılarının təltif edilməsi Vətənpərvər insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.

Sonra Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş bir qrup şəhidin ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.

Şəhid valideynlərindən Habil Məmmədov, İlham Abdullazadə və Aytən Eyvazova dövlətimizə minnətdarlıq edərək müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar