Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: "Pakistan Əfqanıstanla bağlı öhdəsinə düşəni edir"

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşinin Kabilə səfərinin məqsədi real vəziyyəti, xüsusən də humanitar vəziyyəti görmək olub.

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee APA-ya müsahibəsində bildirib.

Qətərin xarici işlər nazirinin Şah Mahmud Qureyşidən əvvəl Kabili ziyarət etdiyini xatırladan diplomatın sözlərinə görə, bir çox xarici dövlət rəsmiləri Əfqanıstan paytaxtına səfər edərək ölkəyə nəzarət edən Talibanla danışıqlar aparıb: “Bildiyiniz kimi, Əfqanıstan bizimlə qonşu ölkədir. Biz ötən dövrdə milyonlarla əfqan qaçqını qəbul etmişik. Taliban hakimiyyətə gələndən sonra eşidirik ki, Əfqanıstanın aktivləri Dünya Bankı, bəzi digər beynəlxalq təşkilatlar və bəzi ölkələr tərəfindən dondurulur. Bununla da Əfqanıstanda humanitar böhran yaranır. Əfqanıstanda ərzaq, səhiyyə, tibbi ləvazimat çatışmazlığı var. Pakistan son iki aydır Əfqanıstana humanitar yardım göstərir”.

Səfir vurğulayıb ki, Pakistan beynəlxalq ictimaiyyətin Kabildə inklüziv hökumətin qurulmaması ilə bağlı narahatlığını bölüşür və elə bu səbəbdən İslamabad Taliban hökumətini tanımayıb: “Pakistan regional ölkələr və beynəlxalq ictimaiyyətlə müntəzəm olaraq məsləhətləşir. Biz Kabildə inklüziv hökumət görmək istəyirik. Lakin eyni zamanda Pakistan dünyaya bildirir ki, Əfqanıstanın yoxsul insanları da düşünülməlidir. Onların fundamental ehtiyacları var. Qışın gəlişi ilə vəziyyət daha da pisləşə bilər. Beləliklə, Pakistan öhdəsinə düşəni edir. Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqı ilə bağlı vədlərini yerinə yetirməsinin vaxtıdır. Əmin olmaq lazımdır ki, bu dəfə Əfqanıstan tək buraxılmayacaq”.

Bilal Hayee qeyd edib ki, Əfqanıstan torpağından dünyanın heç bir ölkəsinə qarşı istifadə edilməməli, Əfqanıstan terrorun mərkəzinə çevrilməməlidir. O bildirib ki, beynəlxalq ictimaiyyət bu məsələdə etinasızlıq göstərir və buna görə Pakistan narahatdır. Səfir əlavə edib ki, nəyin bahasına olursa-olsun, bunun qarşısı alınmalıdır və Pakistan bunun üçün çalışır.

Diplomat onu da qeyd edib ki, İslam ölkələri, xüsusən də Türkiyə Əfqanıstandakı vəziyyətlə bağlı yüksək anlayış nümayiş etdirərək xalqın siyasi fərqliliklərə görə əziyyət çəkməməsinin vacibliyini dünyaya izah edir.

Səfir vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin, eyni zamanda digər region dövlətləri - Tacikistan, Qazaxıstan və Türkmənistan da Əfqanıstandakı vəziyyəti çox yaxından izləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar