Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir Elmira Axundova Nizami Gəncəviyə və Prezidentin sərəncamına qarşı - Ukraynada qalmaqal

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.

Səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.
Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar parkı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.

Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. E.Axundova daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib.

Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər.

Lakin görünən budur ki, xanım səfirin addımları Prezidentin sərəncamına qarşı çıxmaqdan ibarətdir. Beləliklə, Ukraynada qalmaqalları gündəmdən düşməyən Elmira Axundova növbəti skandalı ilə bu ölkədə daha çox Azərbaycan adına mənfi reputasiya yaratmaqla məşğuldur.

Xatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilib. (Demokrat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar