Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevin səlahiyyətlərini icra edən generalın tərcümeyi-halındakı “ağ ləkələr” - Fotofakt

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib.

Yeniavaz.com xəbər verir ki, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı sosial şəbəkələrdə geniş müzakirə olunur.

Məlumat üçün bildirək ki, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini Hüseynov İsmayıl Xəlil oğlu icra edir. Ehtimal etmək olar ki, yeni sədr təyin olunana kimi Səfər Mehdiyevin səlahiyyətlərini birinci müavin kimi İsmayıl Xəlilov icra edəcək.

Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan İsmayıl Xəlilov 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Xəlilov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb. Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və 1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.

Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.

PİA.az xəbər verir ki, bu məsələdə maraqlı olan faktlardan biri də, 21 yaşlı İsmayıl Hüseynovun tam ali təhsili olmadan və hərbi xidmətdə olmadan gömrük orqanlarına xidmətə qəbul edildiyi haqqında məlumatdır. Çünki həmin dövrdə qüvvdə olan “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən gömrük orqanlarına tam ali təhsilli və hərbi xidmətdə olmuş şəxslər qəbul edilə bilərdi. Gördüyümüz kimi 1995-ci ildə İsmayıl Xəlilov Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsində təhsil alırmış və 1995-ci ildə onun ali təhsil diplomu olmayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb - Yenilənib

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Ən çox oxunanalar