Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - Fotolar

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) icraçı direktoru Detlef Şröderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə CEPOL tərəfindən həyata keçirilən və ölkəmizin də iştirak etdiyi TOPCOP (mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat tərəfdaşlığı) layihəsinin icrası, gələcək əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan islahatlardan danışıb və bildirib ki, həyata keçirilən yeniliklərin, təbiq olunan innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Gömrük sisteminin modernləşdirilməsi istiqamətində əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Gömrüyü Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən Avropa Regionuna rəhbər seçilib və bu istiqamətdə iki il davam edən fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib.

Komitə sədri ölkəmizin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətindən bəhs edərək bu sahədə müasir bilik və bacarıqların əldə olunmasına, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqinə xüsusi önəm verildiyini bildirib, istər yerli, istər beynəlxalq qurumların mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq təlim və seminarların keçirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, görülən işlərin nəticəsi olaraq son üç ildə qaçaqmalçılığa, xüsusi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, 6 tona qədər narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bir neçə cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən gömrük orqanları əməkdaşları üçün də xüsusi tədrisin təşkil olunduğunu vurğulayıb, eyni zamanda ÜGT –nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində yerləşdiyini və burada da təlim və regional seminarların keçirilməsinin faydasından bəhs edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar