Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri


 
 

Atasının hakimiyyətdə olduğu illərdə o, çoxsaylı vəzifələrə sahib olub. İraq Jurnalistlər İttifaqının və Olimpiya Komitəsinin sədri, İraq Gənclər ittifaqının rəhbəri, Futbol Assosiasiyasının prezidenti, Səddam adına Universitetin rektoru, 40 mindən artıq üzvü olan “Səddamın fədailəri” könüllü milis dəstəsinin başçısı vəzifələrini daşımaqla yanaşı, Uday Hüseyn həm də media maqnat olaraq çoxsaylı kütləvi informasiya vasitələrini öz əlində cəmləyib.  Əslində isə, onun haqqında söhbət gedəndə adının qarşısında heç bir vəzifəsini söyləməyiblər, o, yalnız bir statusu ilə tanınıb: Səddamın oğlu...

Uday Hüseyn 1964-cü ildə Tikritdə anadan olub. Mühəndislik kollecində təhsil alıb. Gənc yaşlarından cəmiyyətdə kifayət qədər fəallığı ilə fərqlənən Uday Hüseyn eyni zamanda bir neçə vəzifə daşıyıb. Kənardan savadlı, vətənpərvər gənc kimi görünən prezident oğlu cəmiyyətə gələcəkdə atasının varisi kimi təbliğ olunub. Amma qısa zamanda Uday Hüseynin İraqda mövcudluğu sıravi vətəndaşlarda böyük qıcıq yaradıb.

Çoxları Uday Hüseyni ikinci Səddam adlandırsalar da, sonralar fikirlərindən daşınıblar, onu Səddam Hüseynə bənzətməkdə səhv etdiklərini bildiriblər. Belə ki, oğul Hüseyn ata Hüseyndən daha qəddar, daha amansız  və daha sərt olub.

Rejim içində öz rejimini yaradan Uday Hüseynin “qanun”ları daha dözülməz olub. Ölkənin idman sahəsinə rəhbərlik edən prezident oğlu İraqın hər hansı bir idman klubunun xarici turnirlərdə məğlubiyyətini həzm edə bilməyib. Cəzalandırılanlar təkcə idmançılar yox, həm də onların ailə üzvləri olublar.

1990-cı ildə futbol üzrə İraq yığması İrana yollanmazdan əvvəl Uday Hüseyn gecə yarısı oyunçuları öz iqamətgahana çağırtdırıb. Səhəri gün yola düşən futbolçular iqamətgahın həyətində Uday Hüseyni 4 saat ayaqüstə gözləməli olublar. Prezident oğlu isə komandanı onlara bir cümlə demək üçün yanına çağırıb:

“Məğlub olacağınız təqdirdə geri uçacağınız təyyarə göydə partladılacaq...”

Məğlubiyyətə uğrayan İraq futbolçularının bəxti bu dəfə gətirib. Təyyarə Bağdada partlayışsız dönüş edib. Elə həmin gün komandanın rusiyalı məşqçisi vəzifəsindən azad edilib və İraqdan qovulub. Vakant qalmış yerə növbəti rusiyalı məşqçi Mixail Fomenko təyin edilib. O, hələ bir ay əvvəldən Uday Hüseynə məxsus olan “Əl-Rəşid” komandası ilə işləyib.

Fomenko sonralar bu təyinatı ilə bağlı təəssüratlarını belə bölüşüb:

İraq yığmasına məni məşqçi təyin edəndə Uday Hüseynin iqamətgahına dəvət olundum. O mənə suallar verməyə başladı. Mən tərcüməçi vasitəsi ilə sualları cavablandırdım. Görüş zamanı diqqətimdən bir məqam yayınmadı.

Tərcüməçinin üstünə sanki bir vedrə su tökmüşdülər. Görüşdən sonra ondan bunun səbəbini soruşdum. Söylədi ki, mən suallara qısa və konkret cavab vermişəm. Bu, Uday Hüseynin xoşuna gəlməyib. Sən demə, tərcüməçi prezident oğlunun qəzəblənməməsi üçün mənim cavablarıma özündən əlavələr edərək ətraflı “cavab” verib. Yığma ilə cəmisi iki oyun işlədim. Hər iki oyunda da qələbə qazanmışdıq. Amma qərar verdim ki, bu vəzifədən getməliyəm. Vəziyyət dözülməz idi. Hətta Uday Hüseyn geyinib-soyunma otaqlarındakı telefonlara dinamiklər qoşdurmuşdu. O, tez-tez zəng edirdi, danışıqlarının hamısını bütün futbolçular eşidirdi. Onun zəngləri isə hamısı hədə-qorxudan ibarət olurdu. Sözsüz ki, bu şəraitdə heç bir uğurdan söhbət gedə bilməzdi...”.

Uday Hüseyn digər idman klublarının bazalarının hamısında xüsusi işgəncə otaqları yaradıb. Komandaların məğlubiyyəti zamanı o, idmançılara işgəncələr verib. Bunun üçün Uday Hüseynin xüsusi olaraq iki köməkçisi də olub.

Zəngin həyat tərzinə malik olan prezident oğlu əxlaqsız hərəkətlərini nümayiş etdirməkdə heç kimdən çəkinməyib, hətta atası Səddam Hüseyndən də. Qadınlara qarşı xüsusi marağı olan Uday Hüseyn əsas seçimini rus qızlarından edib. Onun üçün Moskvadan Bağdada “elit fahişələr” gətirilib.

Ən bahalı maşınlara sahib olan Uday Hüseynin əyləncələri bitib tükənməyib. Neft pulları və dövlətin büdcəsi ilə milyardlara sahib olan Uday Hüseyn hər addımda sıravi vətəndaşların haqqını tapdayıb.

Prezident oğluna üç dəfə sui-qəsdə cəhd edilib. Bu cəhdlərin biri isə onun həyatından çox şeyləri alıb. Universitet şəhəriciyində naməlumlar tərəfindən açılan atəşlər nəticəsində güllələrdən bir onun qasıq nahiyəsinə, digəri isə onurğa sütununa dəyib. Bunun nəticəsində o,  reproduktiv  funksiyasını itirib, cinsi fəaliyyətdən məhrum olub. Onurğa sütununa dəyən güllə isə Uday Hüseyni iflic edib. Prezident oğlunun xarici ölkələrdə müalicəsi üçün milyonlarla pul xərclənib. O, möcüzə nəticəsində sağlamlığını qismən bərpa edib. Amma tam sərbəst gəzməyi mümkün olmayıb. Bu hadisədən sonra “axsaq” Uday Hüseynin varis məsələsi arxa plana düşüb. Səddam Hüseyn varis məsələsində kiçik oğlunu qabağa çəkməyi planlaşdırıb.

Uday Hüseyn 2003-cü ildə böyük siyasi qalmaqalla gündəmə gəlib. Corc Buş Səddam Hüseynə vəzifəsini təhvil vermək və ailəsi ilə birlikdə ölkəni tərk etmək ultimatumu verəndə, səhəri gün Uday Hüseyn televiziya vasitəsi ilə Amerika prezidentinə sərt cavab verib, bildirib ki, vəzifəsini təhvil verən Səddam Hüseyn yox, Corc Buş olmalıdır və o, İraqda görünəcəyi halda Amerika qoşunlarını məhv edəcəyini bəyan edib.

Amerika qoşunları Bağdada doğru irəliləyəndə Uday və kiçik qardaşı Kusey Hüseyn Mosula qaçıblar. Onların axtarışı ilə Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olub. Nəhayət, milliyətcə kürd olan bir nəfər 30 milyon dollar qarşılığında Hüseyn qardaşlarının yerini amerikalılara bildirib. Mosulda xüsusi əməliyyat hazırlanıb. Qardaşlar asanlıqla təslim olmayıblar, mühafizəçilər amerikalılara qarşı bir neçə saat müqavimət göstəriblər. Altı saat davam edən əməliyyatın sonunda  amerikalılar iqamətgaha 10 ədəd tank əleyhinə raket ataraq qardaşları məhv ediblər.

Meyitlər təyyarə ilə Bağdada aparılıb. Mərkəzi Kəşfiyyat İdarəsi yalnız 12 gündən sonra dəfn edilməsi üçün meyitləri təhvil verib. Beləliklə, diktator Səddam Hüseynin jurnalist, politoloq, idmançı, elmlər doktoru və diktator oğlu 39 yaşlı Uday Hüseynin həyatına son qoyulub.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar