Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki bitdi, bəs bundan sonra nə olacaq?.. - Ermənistandakı yeni vəziyyət Ərəstun Oruclunun şərhində - Müsahibə

Siyasi şərhçi: “Rusiya heç bir halda Paşinyanın yenidən seçilməsini istəmirdi. Amma Paşinyanın dəstəyi o qədər güclü idi ki, Rusiyanın müdaxiləsi heç bir effekt vermədi”.

“Burada üçtərəfli iki format görürük. Bu formata Azərbaycan-Türkiyə və Azərbaycanla, həmçinin Türkiyə ilə münasibləri normallaşdırmaq istəyən Paşinyan hökuməti, digər tərəfdən isə ErmənistanınRusiyaİranla ittifaqını istəyən revanşist kəsim aiddir. Bu mənada Zəngəzur dəhlizinin taleyi kimin daha çevik siyasət yürüdəcəyindən asılı olacaq”.

Ermənistanda seçkilər bitdi və təxmin edildiyi kimi, Nikol Paşinyan qalib gəldi. Lakin Ermənistanın “satqın” elan olunan baş naziri bütün gözləntilərin üzərində erməni xalqından dəstək aldı. Bu da erməni xalqının revanşistlərə güvənmədiyinin, həmçinin yeni müharibə şəraitinin yaradılmasının açıq göstəricisi oldu.

Qeyd edək ki, Ermənistandakı son seçkilər bütün regionda, o cümlədən Bakıda və Moskvada müəyyən barahatlıqla izlənilirdi. Lakin ən böyük narahatlıq elə erməni xalqının özündə idi və bu da görünür, bu seçkilər daha çox da erməni xalqında narahatlıq doğurduğu üçün, xalq fəallıq göstərdi və revanşistlərin, “müharibə partiyası” fiqurantlarının iqtidara yolunu bağladı.

Ermənistanda növbədənkənar parlament seçkisini müşahidə etmiş AŞPA isə seçkini “rəqabətli”, amma “qütbləşmiş” dəyərləndirir. “Ermənistandakı erkən seçki rəqabətli və yaxşı, amma aqressivləşmiş ritorika ucbatından qütbləşmiş və qeyri-mükəmməl keçib, AŞPA-nın müşahidəçiləri daxil beynəlxalq müşahidəçilər belə deyirlər”, deyə AŞPA-nın rəsmi Twitter hesabında yazılıb.

Ermənistanda keçirənlər seçkidən sonra ölkədəki vəziyyəti və Paşinyanın bundan sonra yürüdəcəyi siyasətini PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İndi hər şey Kremlin Ermənistan siyasətinin konturlarından asılı olacaq”.

PİA.az hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Ərəstun bəy, seçkidən sonra Ermənistanda nisbi sakitlik hökm sürür. Hesab edirsinizmi ki, bu seçki Ermənistandakı daxili çəkişmələrə son verdi? Sizcə Paşinyanın yeni höküməti öz ölkəsini normal şəkildə idarə etmək imkan əldə edə biləcəkmi?

- Növbədənkənar parlament seçkilərindən sonra, hələlik Ermənistanda nisbi sakitlik müşahidə olunur. Paşinyan heç kəsin gözləmədiyi halda həqiqətən də çox inamlı qələbə qazandı. Seçkidə iştirak edən əhalinin yarısından çoxunun Paşinyana səs verməsi ona olan ictimai dəstəyin göstəricisidir. Erməni xalqı bu seçkidə revanşistlərə deyil, yenə də Paşinyana etimad göstərdiyini ortaya qoydu. Belə şəraitdə sabitliyi pozmaq bir o qədər asan deyil. Çünki həqiqətən də seçicilərin 50%-dən artıq səsini toplamış bir liderə qarşı etiraz aksiyaları keçirmək ağıllı bir strategiya olmazdı və bu revanşistlərin tamamilə öz güclərini itirməsi ilə nəticələnə bilərdi. Buna görə də Ermənistanda bu sabitlik müəyyən bir müddət davam edə bilər. Yəni müəyyən müddət deyəndə hökümətin işə başlayacağı müddəti nəzərdə tuturam. Hökumət işə başlayacaq və hər şey heç də belə asan alınmayacaq.

Xüsusilə nəzərə alınmalıdır ki, Rusiya heç bir halda Paşinyanın yenidən seçilməsini istəmirdi. Amma Paşinyanın dəstəyi o qədər güclü idi ki, Rusiyanın müdaxiləsi heç bir effekt vermədi. Köçəryanın və Rusiya dairələrinin hətta seçki günü belə Paşinyanın əleyhinə işlər aparması ona olan dəstəyə mane ola olmadı. Rusiya fakitiki olaraq Sarkisyandan sonra Köçəryanın simasında ikinci dəfə Ermənistanda məğlub oldu.

İndi isə Ermənistanda yeni hökumət qurulur. Bu proses başa çatdıqdan sonra Rusiyanın Ermənistana açıq və qapalı təzyiqlər etmək üçün imkanları kifayət qədər genişdir və Köçəryanda bu fürsətləri dəyərləndirməyə çalışacaq. Həmçinin Rusiyanın Ermənistanın daxilində olan tərəfdarlarının mövqeyi də kifayət qədər güclüdür. Unutmayaq ki, Ermənistanda əsas oliqarxlar Rusiyaya bağlı adamlardır. Rusiyada yaşayan və Ermənistanı ayaqda saxlayan erməni miqrantlar da tamamilə Paşinyana qarşıdır. Digər tərəfdən də Ermənistanın iqtisadiyyatı Rusiya iqtisadiyyatından birmənalı şəkildə asılıdır. Rusiya şirkətləri demək olar ki, Ermənistanda bütün strateji infrastrukturu özəlləşdiriblər.

Ərəstun Oruclu: “Əgər Rusiya Ermənistanda sabitliyi pozmaq istəsə, əlbəttə ki, Moskva müəyyən mənada buna nail ola bilər”.

Qeyd edim ki, müharibədən sonra və ondan əvvəlki dövrlərdə Paşinyan orduda, xüsusi xidmət orqanlarında nə qədər təmizlik aparsa da, yenə də Rusiyanın təsiri qalmaqdadır. Bu təsir hələ uzun müddət də qalacaq. İndi hər şey Kremlin Ermənistan siyasətinin konturlarından asılı olacaq. Əgər Rusiya Ermənistanda sabitliyi pozmaq istəsə, əlbəttə ki, Moskva müəyyən mənada buna nail ola bilər.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icmasının arasında Paşinyanın və onun tərəfdarı olan Araik Arutyunyanın əleyhinə artıq yeni bir trend işə düşdü. Düşünmürəm ki, burada Rusiya və onun yerli tərəfdarlarının rolu yoxdur. Əlbəttə, var və Xankəndində hadisələrin inkişafı həmşinin Moskvanın Ermənistan siiyasətinin konturlarını ortaya qoymuş olacaq.

- Yeni dönəmdə Azərbaycan-Ermənista­n münasibətlərinin perespektivlərini necə görürsünüz? Sizcə bundan sonra erməni tərəf iki ölkə arasında problemləfin həlli üçün konstfuktiv mövqe nümayiş etdirəcəkmi və mübahisəli məsələlərin ikitərəfli kontaktlarla həll imkanları görünürmü?

- AzərbaycanErmənistan münasibətlərinin bundan sonrakı dinamikası və Ermənistanın praqmatik mövqe sərgiləməsinə gəlincə, deyə bilərəm ki, buna müəyyən ümidlər var. Ancaq bu ümidlər çox zəifdir. Unutmayaq ki, Paşinyan dəfələrlə Azərbaycan və Türkiyə ilə normal münasibətlərin tərəfdarı olduğunu bəyan edib. Paşinyanın bu mövqeyi əhalinin təxminən 55 faizinin dəstəyini qazandısa, deməli bu yanaşmanın arxasında müəyyən ictimai dəstək də var. Buna görə mümkündür ki, konstruktiv müstəvidə münasibətlərdə həm Azərbaycan-Ermənista­n, həm də Türkiyə-Ermənistan müsbət dinamika olsun.

Əlbəttə bunu istəməyənlər də var. Məsələn İran, RusiyaErmənistanın daxilində olan revanşist qüvvələr bu münasibətlərin yaranmasını istəmir. Xüsusən bu qüvvələr problemlərin həllində əsas rol oynaya biləcək ikitərəfli əlaqəllərin qurulmasını istəmirlər. Çünki belə bir əlaqənin mövcudluğu eyni zamanda Azərbaycanla Ermənistan arasında etimad körpüsünü qurulmasına yol açacaq.

Ərəstun Oruclu: “Rəsmi Bakı Ermənistan siyasətinə yenidən baxmalı və daha müstəqil şəkildə Yeravanla dil tapmağa çalışmalıdır. Bu hər iki xalqın maraqlarını təmin edən yoldur”.

Bu məsələdə Ankara və Bakının üzərinə tarixi bir iş düşür. Yəni Ermənistanın indiki hökumətinin konstruktiv reysə düşməsində Bakı və Ankara mühum rol oynaya bilər. Bunun necə olacağını indi demək çətindir, lakin prosesə start verilməlidir. Mənim gördüyüm mənzərə budur ki, rəsmi Bakı öz Ermənistan siyasətini bu günədək Rusiyanın maraqlarını nəzərə almaqla həyata keçirir. Rusiya isə faktiki olaraq Azərbaycanın daxilində, yəni Qarabağda yaşayan erməni icmasının daxilində öz tərsini genişləndirmək məqsədi ilə destabilizasiya yaradır. Rusiya oranı həm İrəvanın, həm də Bakının nəzarətindən çıxarmaq üçün bunu edir. Ona görə də rəsmi Bakı Ermənistan siyasətinə yenidən baxmalı və daha müstəqil şəkildə Yeravanla dil tapmağa çalışmalıdır. Bu hər iki xalqın maraqlarını təmin edən yoldur.

- Regionda baş verən köklü dəyişikliklər fonunda Zəngəzur dəhlizinin açılışı hansı müddətdə vaş tuta bilər və sizcə bu dəhlizin açılış prosesi Azərbaycanla Ermənistan arasında problemləri həll edəcəkmi?

- Bütün bu proseslərdə tərəflər olduğu kimi Zəngəzur dəhlizinin açılmasında da tərəflər var. Azərbaycan Zəngəzur dəhlizinin açıqlmasında maraqlıdır və düşünürəm ki, Paşinyan hökuməti də maraqlıdır. Məlum bəyanatın bu maddəsi anlaşmanın və regionda sülhün təminatının onurğa sütununu təşkil edir. Çünki dəhliz açılmasa, bu sülh anlaşması yoxdur və hərbi qarşıdurmanın davam etməsi demək olacaq. Dəhlizin açılması regionda tamamilə fərqli bir siyasi-iqtisadi mühit yaradacaq ki, bu dəhliz Ermənistana Azərbaycan və Türkiyə münasibləri üçün mühüm rol oynaya bilər. Yəni dəhliz sülhün əldə olunması üçün çox vacib faktordur və buna görə də revanşistlər bütün gücləri ilə dəhlizin açılmasına qarşı çıxırlar. Onlar yaxşı bilirlər ki, iqtisadi və siyasi əlaqələr qurulandan sonra ermənilərin yeni torpaqlar işğal etmək üçün yürütdükləri 200 illik planı sadəcə havaya sovrulacaq.

Zəngəzur dəhlizinin açılmasında Türkiyə də maraqlıdır. Amma düşünmürəm ki, dəhlizin açılmasında Rusiya da maraqlıdır. Bildiyimiz kimi üçtərəfli bəyanatın imzalanmasından 7 ay vaxt keçib və dəhlizin açılması orada ayrıca bənd olaraq qeyd edilib. Buna baxmayaraq bu istiqamətdə heç bir addım atılmayıb. Düzdür bunun üçün Rusiya, AzərbaycanErmənistan hökümətlərinin üçtərəfli komissiyası yaradılıb, lakin bu komissiyanın fəaliyyəti heç də hiss olunmur. Görünən budur ki, Rusiya Zəngəzur dəhlizinin açılmasına tələsmir, ya da bunu ümumiyyətlə istəmir. Dəhlizin açılmasında İranın göstərdiyi açıq mövqe də ortadadır. İran qətiyyən bu dəhlizin açılmasını istəmir və alternativ olaraq Qara dənizlə İran körfəzinin birləşdirəcək dəhlizi təklif edir.

Ərəstun Oruclu: “Zəngəzur dəhlizinin olmaması Azərbaycanla Ermənistan arasında yeni müharibənin hər an başlaması situasiyasının ortada olması demək olacaq”.

Yenə də hər şey həmin bu güclərin nisbətindən, onların təsir imkanlarından və yürütdükləri siyasətin çevikliyindən asılı olacaq. Dediyim kimi biz burada iki üçtərəfli format görürük. Bu formata Azərbaycan-Türkiyə və Azərbaycanla, həmçinin Türkiyə ilə münasibləri normallaşdırmaq istəyən Paşinyan hökuməti, digər tərəfdən isə ErmənistanınRusiyaİranla ittifaqını istəyən revanşist kəsim aiddir. Bu mənada Zəngəzur dəhlizinin taleyi kimin daha çevik siyasət yürüdəcəyindən asılı olacaq.

Ümumilikdə isə Zəngəzur dəhlizinin açılması regionda müsbət inkişafa səbəb ola bilər. Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı olan ənənəvi gərginliyin olmaması yollarından biri də Ermənistanın Rusiya təsirinin azaldılmasıdır. Buna nail olunacaqsa, əlbəttə müsbət dinamika olacaq və regionda davamlı sülhün yaranmasına bərqərar olacaq. Bunu həyata keçirmək mümkün olmayacaqsa, müsbət dinamika gözləməyə dəyməz.

Zəngəzur dəhlizinin olmaması Azərbaycanla Ermənistan arasında yeni müharibənin hər an başlaması situasiyasının ortada olması demək olacaq.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar