Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbuhi Abbasov Mingəçevir əhalisinə müraciət etdi, platformasını açıqladı – Video

Səbuhi Abbasov şəhər əhalisinə müraciət edib...

Tanınmış QHT sədri, internet-media ekspert, 47 Saylı Mingəçevir Seçki dairəsindən qeydə alınmış namizəd Səbuhi Abbasov təbliğat-təvqat prosesinin başlanması ilə əlaqədar olaraq şəhər əhalisinə müraciət edib. Bu barədə Səbuhi Abbasovun rəsmi qərargahından məlumat verilib. Müraciət videosunu və platformanın mətnini təqdim edirik:

"Mingəçevir üçün YENİLƏNƏK” şüarı ilə qatıldığım seçkidə özləri üçün yeni imkanlar, yeni hədəflər, yeni nailiyyətlər, yeni iş yerləri və nəhayət, yeni həyat arzulayanları səsvermədə fəal olmağa dəvət edirəm.

Doğma şəhərimizin sakinlərinin arzularının reallığa çevirmək üçün bu yola atılmışam və əgər mənə etimad göstərilərsə aşağıdakı məsələlərin həllini həyata keçirəcəyəm:

1.İqtisadi islahatların daha da dərinləşdirilməsi yolunda əlimdən gələni əsirgəməyəcəyəm, bu sahədə qanunların qəbulu üçün çalışacağam.

2. Mill Məclisdə sosial yönümlü qanunların, habelə, əhalinin təminatı nisbətən aşağı olan hissəsinin pensiya və müavinətlərinin artırılmasınahesablanmış qanun layihələrinin qəbulu üçün çalışacağam.

3. Seçicilərlə hər ay görüşlər keçiriləcək və onların problemlərinin həlli təmin olunmayana qədər qaldırılan məsələlər bağlanmayacaqdır.

4. Deputatın qəbulu prosedurunu sadələşdirmək məqsədilə elektron qaydada qəbula yazılmaq və müraciət etmək üçün seçicilərə lazımi şərait yaradılacaqdır. Bundan başqa şəhərdə millət vəkili yanında müxtəlif KORPUSLARIN (iş adamları korpusu, gənclər korpusu, əlillər korpusu və s.) yaradacaq, ümumi işə faydasını vermək şərti ilə innovativ- texniki vatələrdən istifadə olunacaq.

5. Şəhərimizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə işinin önündə gedəcəyəm və belə hallara yol verən məmurların qanun çərçivəsində cəzalandırılmasıüçün bütün mövcud imkanlardan istifadə edəcəyəm.

6.Mingəçevir əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını yenə də diqqət mərkəzində saxlamaqla yanaşı, elektrik enerjisi istehsal olunan şəhərin sakinləri üçün enerji və su tariflərində güzəşt olunması məsələsini qaldıracağam.

7.Şəhərdə həyətyanı sahələrin suvarılması üçün əvvəlki su xətlərinin əhalinin istifadəsinə verilməsini təmin edəcəyəm.

8.Şəhərimizdə binaların istilik təchizatı ilə təmin olunmaması problemini yuxarı instansiyalar qarşısında qaldıracaq və problemin qısa müddətdə öz həllini tapmasına nail olacağam.

9.Şəhərin Günəşli, Bağlar, Vaqonlar kimi yaşayış yerlərində mövcud olan kanalizasiya xətlərinin olmaması, əkin yerlərinin suvarılması üçün texniki suyun verilməməsi, yolların bərbad vəziyyətdə olması, evlərin sənədləşdirilməməsikimi problemlərin qısa müddətdə həllinə çalışacağam.

10.Şəhərin əsas problemlərindən biri olan işsizlik probleminin həlli üçün yeni iş yerlərinin açılmasına çalışacağam. Bu məqsədlə iri sahibkarların Mingəçevir şəhərinə cəlb edilməsini, yeli sahibkarların inkişafına köməklik göstərilməsi, dövlət investisiya layihələrinin Mingəçevir şəhərinə salınmasına calışacağam. Gənclərimiz arasında işsizliyinin aradan qaldırılması, onların intellektual, sağlam mühitdə inkişaf etmələri üçün bütün zəruri addımlar atacağam. Eyni zamanda, sənaye şəhəri kimi tanınan Mingəçevirdə qapısı bağlı qalan zavodlarının yenidən fəaliyyətə başlaması üçün dövlət proqramının hazırlanaraq reallaşmasına nail olacağam.

11.Günəşli, Bağlar və Vaqonlar yaşayış massivləri yaxınlığında orta məktəb və uşaq bağçasının inşa olunması üçün Təhsil nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldıracağam. Məktəb və bağçaların müasir dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılmasına nail olacağam.

12.Mingəçevir şəhərinin ərazisinin yaxınlıqda olan ətraf ərazilər hesabına genişləndirilməsi məsələsini Milli Məclisdə qaldıracağam

13.Mingəçevir şəhərində idman kompleksinin tikintisi və müxtəlif idman növlərinin inkişafı üçün lazımi şəraitin yaradılması məsələsini Gənclər və İdman Nazirliyi qarşısında qaldıraraq problemin həllinə nail olacam. Eyni zamanda şəhərimizi adını respublika və beynəlxalq tribunalarda yüksəkliklərə qaldıran idmançılara diqqət göstərilməsini və yeni sağlam, idmançı nəslin yetişdirilməsi üçünbütün mümkün addımları atacağam. Bu sahədə həm fərdi, həm də komanda şəklində olan bütün idman növlərinə diqqət və qayğının artırılmasına nail olacağam. Şəhərimizinfutbol imicinin yenidən bərpa olunmasınaçalışacağam.

14.Mingəçevir şəhərində əhaliyə xidmət göstərən marşrut xətlərindəki avtobusların yenilənməsi məsələsini Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi qarşısında qaldıracaq və həllinə nail olmağa çalışacağam.

15.Mingəçevir çimərliyi və ümimiyyətlə sahilboyu ərazilərin qanunsuz zəbt olunmasının aradan qaldırılması və əhalinin sərbəst şəkildə çimərlikdən istifadə etməsi üçün bütün lazımi tədbirlər görüləcək, məsələ Daxili İşlər Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Şəhər Bələdiyyəsi qarşısında qaldırılacaq.

16.Şəhərin Samux küçəsində piyada və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolun genişlənməsi, səkilərin çəkilməsi və müvafiq yol-hərəkət nişanları ilə təmin olunması məsələsini Mingəçevir Şəhər İcra Hakimiyyəti qarşısında qaldıracağam

17. Şəhərimizdə olan şəhid, aztəminatlı, ahıl və əlilliyi olan ailələr üçün dövlət qayğısının artırılmasına, onların hərtərəfli, layiqli diqqətlə təmin olunmasına nail olacağam.

18. Mingəçevir şəhəri Azərbaycanın bir nömrəli turizm mərkəzidir. Fəaliyyətimin mühüm bir hissəsini şəhərimizin turizm imkanlarının düzgün qiymətləndirilməsi, mövcüd turizm infrastrukturunun formalaşdırılması və real investorların cəlb edilməsi təşkil edəcəkdir.” (7news.az)

pia.az


Etiket: Səbuhi Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar