Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta xəbərin geniş meydanı – “Forbes”

ABŞ-ın “Forbes” jurnalında “Rusiya Ukraynadakı müharibə zamanı “feyk nyus” (saxta xəbər) termininin məğzini kökündən dəyişib” başlıqlı məqalə dərc edilib. Novator.az-ın məlumatına görə, məqalədə Nevada ştatındakı Las-Veqas Dövlət Universitetinin tədqiqatçısı, Ukrayna əsilli Meri Blankenşipin araşdırmasından bəhs olunur.

“Tvitter”də Ukrayna müharibəsi ilə bağlı 34 milyon paylaşımı araşdıran Meri Blankenşip şəbəkədə külli miqdarda yalan məlumatın dolaşdığını müəyyənləşdirib. Tədqiqatçı bunu “informasiya çirkabı” adlandırıb.

Meri Blankenşip əvvəlcə 12 milyon “tvit”i araşdırmaq qərarına gəlib. Ancaq cəmi üç həftədə bu rəqəm üç dəfə artıb. Onun araşdırması saxta xəbərlərin meydan suladığını göstərib.

“Forbes”in yazdığına görə, tədqiqat müəllifi təəssüflə vurğulayır ki, “feyk” xəbərin əslində nə demək olduğunu dəqiq müəyyənləşdirmək də çox çətindir: “Elektron poçt ünvanı olan hər kəs “Tvitter” hesabı yarada, istədiyi fikri yaya bilər. Sadəcə olaraq “Tvitter” vaxtaşırı bəzi mətnləri ya bloklayır, ya da onların dezinformasiya ola biləcəyi barədə xəbərdarlıq edir. Amma şəbəkədə cahil, savadsız fikirlər baş alıb gedir”.

Məqalədə qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi haqda “tvit”lərə nəzər salanda bəzən kimin doğru, kimin yalan yaydığını aydınlaşdırmaq olmur: “Meri Blankenşip Rusiyada vəziyyətin daha acınacaqlı olduğunu üzə çıxarıb. O deyir ki, bu ölkədə saxta xəbər termininin başqa anlamı var. Rusiyada Ukrayna əməliyyatını müharibə adlandıran adamı 15 il həbs cəzası gözləyə bilər. Hökumət belə yanaşma sərgiləyən istənilən adamı “saxta xəbər” yaymaqda günahlandırır. Bu isə o deməkdir ki, ölkə “feyk nyus” termininin mahiyyətini dəyişib, ona özünəməxsus bir məna verib”.

Rusiyada söz azadlığına, müstəqil xəbər mənbələrinə qoyulan məhdudiyyətləri, internet provayderlərinin hökumətin bəyənmədiyi onlayn platformaları süzgəcdən keçirdiyini və ya blokladığını xatırladan Meri Blankenşip “Forbes”ə açıqlamasında bildirib ki, bu ölkədə dəqiq, düzgün informasiya tapmaq müşkül məsələdir: “Belə bir “informasiya çirkabı” diqqəti aktual mövzu üzərində köklənməyə qoymur, aktual bir problem müzakirəyə çıxarılanda o dəqiqə bu işə “deyilənlər doğrudurmu?”, “hansı doğru, hansı yalandır?” kimi məsələlər qarışır. Bu isə qərar qəbulunu gecikdirə və ya tamamilə əngəlləyə bilər. Belə bir qeyri-sabit durumda, insan həyatının təhlükədə olduğu zamanda hansısa informasiyanın müzakirəsi fonunda qərar qəbulunun azacıq da olsa gecikməsi çox ağır nəticələrə gətirə bilər”.

Rusiya Ukraynadakı müharibə zamanı “feyk nyus” (saxta xəbər) termininin məğzini kökündən dəyişib” məqaləsində daha sonra deyilir: “Biz elə bilirik ki, bir məlumatın linki varsa, informasiya dəqiqdir. Beləliklə, dezinformasiya yayan insanların toruna düşürük. Çünki dezinformasiya yayanlar yaxşı anlayırlar ki, peşəkar veb-dizayn insanları yalana inandırmaq baxımından çox vacib göstəricidir”.

Hazırda saxta xəbər yaymaq üçün eləcə yaxşı dizaynlı bir sayt yaratmağın kifayət etdiyini söyləyən Meri Blankenşip çıxış yollarından birini insanların sosial mediada saxta xəbərlər haqda bir-birilərinə xəbərdarlıq etməsində görür: “Cahil, savadsız materialları isə şərh etməyə ehtiyac yoxdur. Çünki alqoritm materialları məhz populyarlığına görə önə çıxarır. Alqoritmlər sistemi yalanla doğrunu, səviyyəli olanla səviyyəsiz olanı ayırd edə biləcək dərəcədə kamil deyil.

Əsas problemlərdən biri də elə bundadır: xəbər axınını alqoritm idarə edir. Hazırda “feyk nyus” termini öz klassik mənasını itirib, xəbərlərin taleyini yalanla doğrunun fərqini bilməyən proqram təminatlarına həvalə etmişik. Onların sizdən istədiyi isə yalnız “klik”lərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar