Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişelin Rusiyaya qarşı açdığı “diplomatok müharibə”... - Gərginlik “Brüssel prosesinə” təsir edə bilər?

Şarl Mişelin BMT tribunasından Rusiyaya qarşı ağı ittihamlar səsləndirməsi Rusiya ilə Avropa İttifaqı arasında diplomatik gərginliyə yol açıb. Bəs bu gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə təsir edə bilərmi?..

Politoloq: “Avropa İttifaqının prezidenti Şarl Mişelin BMT tribunasından Rusiyaya qarşı ağır ittihamlar səsləndirməsi də nümayiş etdirir ki, Rusiyanın Ukrayna ilə bağlı planları Avropa İttifaqının siyasətində müəyyən açıq gedişlərin edilməsinə səbəb olub”.

Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında olan gərginlikdən də öz məqsədləri üçün istifadə edə bilər. Bu da rəsmi Bakı tərəfindən nəzərə alınmalıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov Rusiya ilə Avropa İttifaqı arasında son diplomatik gərginliyin Azərbaycan-Ermənistan münasibətlərinə təsirini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT tribunasından açıq şəkildə Rusiyaya qarşı ağır ittihamlar səsləndirib. Bu ittihamlardan sonra isə Rusiya ilə Avropa İttifaqı arasında diplomatik gərginlik həddindən artıq yüksəlib.

Qeyd edək ki, Şarl Mişelin çıxışı zamanı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirldiyi iclası tərk edib. Həmin iclasda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyanı süni yolla dünyada qida çatışmamazlığı yaratmaqda ittiham edib. Eyni zamanda Şarl Mişel Rusiya ordusunun Ukrayna ərazisində müki əhaliyə divan tutmasına diqqət yönəldib. Bu isə təbii olaraq Moskvanı həddindən artıq qəzəbləndirib və artıq demək olar ki, Moskva ilə Brüssel arasında “diplomatok müharibə” gedir.

Şarl Mişelin hazırda AzərbaycanErmənistan arasında mübahisəli məsələlərin həllində əsas vasitəçi olduğunu və Rusiyanın da Cənubi Qafqazda dominant gücə sahib olduğunu da nəzərə alarsaq, Rusiya ilə Avropa İttifaqı arasında “diplomatok müharibə” Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edə bilər? Onsuz da Brüssel görüşündən sonra tənzimləmə prosesini Ermənistan müxalifətinin əli ilə pozmağa çalışan Rusiyanın daha aktiv fəaliyyətə keçməsi gözləniləndirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov İlyas Hüseynovla müzakirə edib.

İlyas Hüseynov: “Avropa İttifaqı ilə Rusiya arasında diplomatik gərginliyin ErmənistanAzərbaycan arasında olan münasibətlərin tənzimlənməsinə təsiri güclü ola bilər”.

Siyasi gərginliyin daha da dərinləşməsi ssenarisində Ermənistanın əldə olunan bütün razılaşmaların üzərindən xətt çəkmək niyyətinini güdəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, bu da Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına mənfi təsir göstərən amillər kimi dəyərləndirilirməlidir:

Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı və NATO kontekstində Rusiya ilə münasibətlər kifayət qədər gərginləşib və artıq açıq fazaya keçib. Avropa İttifaqının prezidenti Şarl Mişelin BMT tribunasından Rusiyaya qarşı ağır ittihamlar səsləndirməsi də onu nümayiş etdirir ki, Rusiyanın Ukrayna ilə bağlı planları Avropa İttifaqının siyasətində müəyyən açıq gedişlərin edilməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunmasında Rusiya ilə yanaşı Avropa İttifaqı da vasitəçi kimi çıxış edir. Ötən ilin dekabrında Brüsseldə keçirilmiş görüşdən sonra “sülh gündəliyi” adını almış proseslər bu gün də davam etdirilir. Aprel və may ayında prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında Şarl Mişelin moderatorluğu ilə görüş keçirildi. Bu görüşlərdə də mühüm siyasi razılıqlar əldə olundu.

Ermənistan-Azərbaycan sərhəddində görüşün keçirilməsindən sonra Moskvada sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyanın rəhbərlərinin görüşməsi onu deməyə əsas verir ki, Brüssel görüşü çox effektivdir. Müəyyən qüsurlar olsa da, Ermənistan prosesləri yubatmağa çalışsa da, bir tənzimləmə formatı mövcuddur. Lakin Avropa İttifaqı ilə Rusiya arasında diplomatik gərginliyin ErmənistanAzərbaycan arasında olan münasibətlərin tənzimlənməsinə təsiri güclü ola bilər. Hələlik, biz bu mübarizəni çox açıq şəkildə görmürük. Amma bir çox ziddiyyətlər mütləq şəkildə var və Moskvanın da Brüsselin təşəbbüslərindən çox narahat olduğu görünür. Bunu elə Ermənistan müxalifətinin son iki ayda davranışlarından da görmək olar. Yəni Rusiya Ermənistanda qarşıdurmalar yaradaraq sülh prosesini imkanı yetdiyi qədər əngəlləməyə, ya da heç olmasa əngəlləməyə çalışır.

Əsas istək ondan ibarətdir ki, tərəflər arasında olan siyasi mübarizə münaqişə halına keçməsin. Bu ən arzuolunmaz ssenaridir. Lakin tənzinlənmə prosesində Ermənistan müxalifətinin həyata keçirdiyi mitinqlər sülh çərçivəsində gedən danışıqlara da mənfi təsir göstərir. Rusiya arxa planda Ermənistan müxalifətin əli ilə siyasi danışıqları sabotaj etməyə çalışır. Lakin Ermənistanın irəli sürdüyü 6 bəndlik təkliflərdə biz siyasi gündəlikdən çıxmış ATƏT-in Minsk Qrupunu və status məsələsinin qabardılmasını da müşahidə edirik. Bunlar da qəbul olunan deyil.

İlyas Hüseynov: “Görünən odur ki, siyasi gedişlərdə müəyyən anlaşılmazlıqlar və kəskin ziddiyyətlər mövcuddur. Bu da Ermənistanın xarici siyasətinə və diplomatiyasına uzun müddətdir ki, xasdır”.

Əgər Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etməsinin tərəfdarı kimi çıxış edirsə, niyə bu təklifləri irəli sürdükdən sonra dərhal Brüsseldə danışıqlarda iştirak etmək qərarı verdi? Görünən odur ki, siyasi gedişlərdə müəyyən anlaşılmazlıqlar və kəskin ziddiyyətlər mövcuddur. Bu da Ermənistanın xarici siyasətinə və diplomatiyasına uzun müddətdir ki, xas olan haldır.

Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında olan gərginlikdən də öz maraqları üçün istifadə edə bilər. Bu da rəsmi Bakı tərəfindən nəzərə alınmalıdır. Çünki Brüssellə Moskva arasında siyasi gərginliyin daha da dərinləşməsi ssenarisində Ermənistan əldə olunmuş bütün razılaşmalrın üzərindən xətt çəkmək niyyətinini güdəcək. Bu da Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına mənfi təsir göstərən amillər kimi dəyərləndirilirməlidir. Bu baxımdan Ermənistanın üzərində götürdüyü öhdəlikləri icra etməsi mütləq xarakter daşıyır.”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar