Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şanlı Ordumuz Gününüz Mübarək 

1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, iyunun 26-da ilk nizami hərbi hissə yaratdı. Daha sonra 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Bu addımlardan önəmlisi 1998-ci ildə Ulu Öndərin 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etməsi oldu.

Ulu öndərin davamçısı Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələr yüksək səviyyədə qayğı göstərilir. Prezident orduda müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət yetirir. Bunun sayəsində də Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir.

Ordumuz günü-gündən güclənən qüdərti sayəsində 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Vətən müharibəsindən sonra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun gücündən bəhs edildi. Onlar ordumuzun hərbi taktikasını öyrənərkən belə qənaətə gəldilər ki, ordumuz hətta dünyanın aparıcı ölkəsinin ordusunu belə məhv etmə gücünə sahibdir. 

Bununla belə II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Bu gün Azərbaycan Ordusu layiq olduğu yerdədir. İnanırıq ki, Ordumuzun bundan sonra da qüdrəti həmişə artacaq və yeni-yeni nailiyyətlər, uğurlar əldə edəcəklər. Çünki Ordumuzun qüdrətini artıran xalq-ordu birliyini görəcəyi işlər qarşıdadır. 

Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!

Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi, MMP-ın idarə heyətinin üzvü Könül İsmayılova 

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar