Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Samuxda ferma sahibini öldürən çoban tutulub - Yenilənib

İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilmiş, Arzu Abdullayev aldığı xcxəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Samux rayon prokurorluğundan "Report"a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev orada çoban işləyirmiş.

***

Samuxda qətl hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb. Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi Gəncə sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayevə bıçaqla zərbə vurub. A. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda S. Quliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Ən çox oxunanalar