Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əsədli: “Artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz”

Sülhməramlıların komandanı dəyişdi, vəziyyət dəyişməyəcək
 
Azərbaycanın Muradovdan sonra Kosobokova da inamı qalmayıb
 
General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub. Xatırladaq ki, rotasiya qaydalarına görə, keçmiş komandan Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin onu general-mayor Kosobokov əvəzlədi. Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.
 
Məsələ ondadır ki, vəzifəyə yenicə təyin olunmuş general dərhal İrəvana səfər edib və Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı, polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak ediblər. Rüstəm Muradov da səlahiyyət müddətinin bitməsi ilə əlaqədar erməni nazir Karapetyanla görüşmüşdü. Ancaq nə Muradov, nə də yerinə gələn Kosobokov Bakıya gələrək Azərbaycan rəsmiləri ilə hər hansı görüş keçirməyiblər. Bəzi politoloqlar Muradovun Bakıda qəbul edilməməsini rəsmi Bakının Rusiyaya etirazı kimi dəyərləndiriblər. Onların fikrincə, Kosobokovun Bakıya gəlməməsi də bu səbəblərlə bağlıdır.
 
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları ilə bağlı vacib məqam komandanın kimliyi deyil, rus hərbçilərinin öz məramını düzgün anlaması və missiyasını layiqincə yerinə yetirməsidir. Partiya təmsilçisinin sözlərinə görə, təəssüf ki, bunun şahidi olmuruq:
 
Azərbaycan işğal altında olan ərazilərini azad etdi. Bakı təkbaşına erməni separatizminin kökünü kəsməyə qadir olsa da, böyük jest edərək, 10 noyabr 2020-ci il tarixində Rusiya prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə birgə bəyanat imzaladı. Ermənilərin dinc şəkildə kapitulyasiyasına imkan verdi. Hətta rəsmi Bakı kənar təzyiqlərə baxmayaraq, atəşkəsin dayanıqlı olması üçün Rusiya sülhməramlılarının münaqişə zonasına gəlişinə də mane olmadı. Geosiyasət barədə az-çox təsəvvürü olan hər kəs anlayırdı ki, bu addımı atmaq sıradan məsələ deyil və Bakı qətiyyət göstərərək qərar verdi. Azərbaycan ictimaiyyəti inanırdı ki, Rusiya bu dəfə ədalətli davranacaq və öz imzasına sadiq qalacaq. Lakin bu inamın sarsılması üçün cəmi 1 ay kifayət etdi”.
 
S.Əsədliyə görə, elə ilk günlərdən məlum oldu ki, Kremlin məqsədi sülh yaratmaq yox, əksinə, münaqişənin yenidən alovlanması üçün Qarabağdakı erməni separatçılarını qorumaqdır:
 
Rusiya anlamalıdır ki, sülhməramlıların Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Rusiyanın etimad limiti onsuz da böyük deyildi. Baş verən yeni hadisələr isə sülhməramlılara olan inamı daha da azaldır. Hətta Kremlə ümidlə baxan insanlarda xəyal qırıqlığı yaradır. Rusiya sülhməramlıları növbəti dəfə terrorçuları, separatçıları dəstəkləyən addımlar atır.
 
Bununla da, Azərbaycan cəmiyyətində Moskvaya olan inamsızlığın kəskinləşməsinə səbəb olur. Belə çıxır ki, Azərbaycan ordusu təxribata əl atan erməni separatçıları zərərsizləşdirmək istəyəndə, vəzifəsi terrorçuları cəzalandırmaq, bölgədən çıxarmaq olan Rusiya araya girərək onları himayə edəcək. Bundan ruhlanan separatçı-terrorçular da həvəslənəcəklər.
 
Moskva nəzərə almalıdır ki, Azərbaycan ordusu 44 gün ərzində tarix yazıb və artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz. Kreml yeni təyin etdiyi komandana da, bölgədə yerləşən sülhməramlılara da öz təyinatını düzgün yerinə yetirməyi qəti tapşırmalıdır”. (Şərq qəzeti)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar