Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda qoşqunun altında qalaraq ölən şəxsin kimliyi məlum oldu

Salyanda qoşqunun altında qalaraq ölənin şəxsiyyəti məlum olub...

Bu, Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Krutas Süleymandır.

İlkin məlumata görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb. Sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun təhlükəsiz hissəsinə çıxarıb. Bu zaman qoşqu sürüşüb və sürücü altında sıxılmış vəziyyətdə qalaraq ölüb.

Hadisə yerinə gələn FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qalan sürücünun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

***

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında bir nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

pia.az 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar