Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Qəza Ələt-Astara yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Pikap” tipli avtomobillə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.(apa)
pia.az