Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sahil Babayev pensiyaların artırılmasından danışdı

Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılışı tədbiri zamanı KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq və pensiya ilə yanaşı, müavinətlər də artacaq.

O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82%, orta pensiya artımı 60% olub. Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq.

Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirib ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensiyaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.

Qeyd edib ki, pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıdakı məşhur restoran icra başçsının həyat yoldaşına məxsus imiş - Foto

Azərbaycanda tanınmış şəxslərə BMT adından saxta mükafatlar verilir – Foto

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA bilir… – Əsas odu işin içində pul olsun…

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

"Manatın dəyər itirməsi gözləniləndir" - İqtisadçı

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub - Yenilənib

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Ən çox oxunanalar