Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlərin könüllü şəkildə məktəbə göndərilməsi tələbi ləğv edilib

Məktəblərdə tədris prosesində şagirdlərin əyani iştirakının könüllülük prinsipi əsasında olması tələbi ləğv olunub.

Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Daha bir ləğv olunan qərar təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsil alanların sayı, qalanların günü uzadılmış qruplarda təhsil alanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsil verənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmasıdır. Eyni zamanda thsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsil alanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməsi ləğv olunan qərarlar sırasındadır.

Qeyd edək ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.

Xatırladaq ki, pandemiya şəraitində ötən tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar