Bazar, 29 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadın kənd məktəbində istiliyin olmamasına aydınlıq gətirilib - Yenilənib

Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib...

Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir:

"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır və ən geci sabah məktəbdə istilik olacaq. Əlavə məlumat veriləcək".

***

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.

"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək" - deyə bildirilib.

Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.

pia.az


Etiket: məktəb yanacaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - Video, Yenilənib

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? – Fantastik qiymətlər

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - Görüntülər

Amerikalı general ABŞ-Çin müharibəsinin tarixini proqnozlaşdırdı

Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

“Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”

Azərbaycanın İrandakı səfirliyinə hücum - Tehran qonşularını təhdid etməyə davam edir...

Ən çox oxunanalar