Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq icra başçısının villaları, maşınları və fermaları...

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun həbsi eks-İH rəhbərlərinə bir nümunə və mesaj idi ki, vəzifədən azad edilmək hələ məsuliyyətdən yaxa qurtarmaq anlamına gələ bilməz. Q.Səmədov da vəzifəsindən azad olunmuşdu, amma korrupsiya faktı ilə qandallandı. Bu hadisə bir çoxunun “kürkünə birə saldı” və onların cərgəsində Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayev də var. Keçmiş başçı özəlliklə, son həftələr bir həyəcan içindədir. Onun varidatının üzə çıxması ilə paralel general Bəylər Əyyubovla qohumluğuna son qoyulması vəziyyətini ağırlaşdırıb. Bu barədə Reportyor.info-nun əldə etdiyi məlumata görə, generalın himayəsindən məhrum olan V.Abdullayev tamamilə müdafiəsiz vəziyyətdə qalıb. Əvvəllər, sabiq başçı ona arxalanır və güvənirdisə, indi həm dəstəyini itirib, həm də vəzifəsizdir. Bu halda milyonluq əmlaklarının ictimailəşməsi V.Abdullayev üçün “əcəl zəngi”nin çalındığını xəbər verir.

İddialara görə, hətta həbs riski ilə üzləşən keçmiş başçı indi xilas kəməri axtarışındadır. Ona vəzifə səlahiyyətindən sui-istifadə etməklə dövlət əmlakını talama, mənimsəmə ittihamları irəli sürülə bilər. Xəbərlərə görə, müəyyən ismarışlar alan Beyləqanın sabiq rəhbərinə çatdırılıb ki, haqqında təftiş aparılır. Ancaq bu araşdırmaların niyə məhz indi başlanması suallar doğurur. Qeyd olunur ki, səbəb generalın himayəsini itirməsi ilə bağlı ola bilər. Eyni zamanda, onun mülklərinin siyahısı da fantastikdir və əlində böyük pullar saxladığı ehtimalları yaradır.

Misal üçün paytaxtın Azadlıq prospektində obyektləri olan Abdullayev bu əmlakları Beyləqanda maxinasiya və korrupsiya sayəsində əldə edib. Beyləqandan ta Bakıyadək.

Əmlakların fotolarını təqdim edir və əlavə edirik ki, sabiq icra başçısının Teymur Əliyevlə Məmməd Araz küçələrinin kəsişməsində dəyəri 4 milyon olduğu deyilən villası var. Məlumdur ki, həmin ərazidə varlılar, milyonçular yaşayır və V.Abdullayev də onlardan geri qalmaq istəməyib. Ancaq bu da son deyil, onun məşhur “Bulqari”nin üstündə 1 milyonluq mənzili, “Tac” MTK-da 3 evi olduğu deyilir.

Bu əmlakların siyahısı hüquq-mühafizə orqanlarında da təbii ki, var. Əgər istintaq hərəkətləri fəallaşarsa, mülklərin hansı yolla əldə edilmiş vəsaitdən alındığı müəyyən edilə bilər. Təkcə internet resurslarında kiçik ekskursiya kifayətdir ki, vəzifədə olduğu dövrdə V. Abdullayevin Beyləqanda nələr etdiyini biləsən. Korrupsiya, rüşvət yeyinti, iş adamlarına əngəl, ayrılan vəsaitləri mənimsəmə… Kəsəsi, cinayət dosyesi çoxdan hazırdır. Bununla yanaşı, deyilir ki, sabiq məmur tək daşınmaz əmlakla qane olmayıb. Onun imkanları o həddədir ki, avtomobil kolleksiyası var. Bildirilir ki, 10 BP 010 nömrə nişanlı
“Galenvagen” markalı maşına sahibdir. Ardınca eyni model avtomobildən daha ikisinə sahiblənib – 10 NR 010 və 10 MA 010 nömrə nişanlı bahalı avtomobillər özünün və ailəsinin istifadəsindədir. Həmçinin, bir neçə mənzil, qızlarının yeni tikililərdən evləri, o cümlədən Beyləqanda ferma, özünün və qızlarının Xızıda malikanələri, torpaq sahələri var. Görün, bir Beyləqanla icra başçısı necə oliqarxa çevrilib. Düzdür, Xızının da başçısı olub, ona görə bu rayonda sərvətləri var.

Bizsə çox uzağa getmirik, saytlara baxın, onun vəzifədə hər ay hansı idarə rəislərindən pul yığması məlum olacaq. (Reportyor.info)

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Ən çox oxunanalar