Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - Foto

Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Niyə yaxın illərdə yox, məhz son aylarda bu kimi videogörüntülər geniş yayılır? Bəzi müəllimlərin ifadələrinə görə, bu kimi videolar çox vaxt bilərəkdən hazırlanır və çəkilir.

Sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıyır.

Onun sözlərinə görə, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı:

“Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə olan problemlər məktəbdə də var. Bizim məktəbimiz cəmiyyətimizə uyğundur. Amma cəmiyyətin narkomaniya, zərərli vərdişlər, vicdansızlıq kimi problemləri kənarda qaldığı halda, hamı məktəbin üzərinə düşür. Mən buna etirazımı bildirirəm”.

Ekspert qeyd edib ki, qüdrətli Azərbaycan görünür çoxlarında qıcıq yaradıb:

“Çalışırlar ki, Azərbaycan döyən yox, döyülən olsun. Bir az dərinə getsək, Azərbaycanda gedən prosesləri azərbaycanlılar yox, 3-cü, xarici əllər idarə etməyə çalışırlar. Güman edirəm ki, evdə, ailədə olan bəzi nöqsanları qonşudan gizlətdiyimiz kimi, məktəblərdəki hər qüsuru da cəmiyyətə çıxartmalı deyilik”.

Ş.Əsgərov şərəfli qələbədən, zəfərdən sonra belə hücumlara hər sahədə rast gəlinəcəyini söyləyib:

“Cəmiyyəti durultmağa yox, cürütməyə tərəf sürükləyən tərəflər hər sahədə aktivləşəcək. Məktəbə, müəllimə qarşı bu cür hörmətsizlik yaramaz. Müəllim əgər uşağı vurursa, bunu öz xeyrinə edir? Öz övladının sifarişi ilə vurur, ya uşağın anasından qisas alır? Əlbəttə, yox. Uşağın xeyrinə vurur. Bu, tənbehdir və uşağın xeyrinədir. Tənbehdən sonra adətən nə olur? İnsan düz yola qayıdır. Amma indi deyirlər ki, uşaq tənbeh olunmasın və düz yola qayıtmasın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar