Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Saakaşvili: "ABŞ Ukraynaya görə Rusiya ilə vuruşacaq, burada onların artıq hər şeyi var"

2008-ci ildə Cənubi Osetiyadakı vəziyyətdən fərqli olaraq, bu gün Birləşmiş Ştatlar tərəddüd etmədən Rusiyanın Ukraynaya soxulması qarşılığında ona hərbi kömək edəcək.

Belə bəyanatla iyulun 25-də «Ukrayna 24» telekanalının efirindən Gürcüstanın eks-prezidenti, hazırda islahatlar üzrə Ukrayna Milli İcraiyyə Şurasının başçısı Mixail Saakaşvili çıxış edib.

«Hazırda ABŞ-ın qarşısında Pentaqonun baxdığı ssenarilərdən biri dayanır - bu, qarşıdurma məsələsidir… Hazırda Rusiya ordusu qonşu ölkənin yanında belə oyunlar oynayır, Amerikanın dostu (onlar Ukraynanın adını çəkmirlər), hərbi təlimlər, ondan sonra təmas xəttini keçirlər və əvvəlcə separatçılar adı altında, sonra isə sadəcə ölkənin dərinliklərinə soxulurlar… Beləliklə, Pentaqon bunun qarşısının alınmasında iştirak edir» - gürcü lider deyib.

O, bəyan edib ki, ABŞ-da 2008-ci ilin təcrübəsini nəzərə alırlar. O vaxt Rusiya Gürcüstana soxulmuşdu və indi ABŞ-da yeni uyğun münaqişəyə hazırlıq intensiv gedir. «Burada onların artıq hər şeyi var. 2008-ci ildə onlar hər şeyi uzaqdan gətirməli idilər. İndi onların bu gücü var. Hazırda məsələ yalnız siyasi həll tələb edir. Ona görə də mənim yalnız sualım var, Putin Baydenin gözlərində nə görüb, bu qətiyyəti görübmü ki, ABŞ gerçəkdən bu ssenarini hərəkətə gətirəcək?» - Saakaşvili izah edib.

O, həm də qeyd edib ki, desant bölmələrinin Rusiyanın cənubuna tullanması sadəcə, təlim ola bilməz, böyük hesabla, Qərbin baş verənlərə reaksiyasının yoxlanmasıdır. Moskvanın isə başlıca məqsədi, eks-prezidentin fikrincə, Kiyev üzərində nəzarətdən ibarətdir, təkcə Donbass və Yeni Rusiya üzərində yox.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Gəncədə hündürlükdən yıxılan şəhid qardaşının vəziyyəti ağırdır - Yenilənib

Ən çox oxunanalar