Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm Usubovun daha bir cinayətinin üstü açıldı - Sensasion ifadə

Baş prokurorun sabiq 1-ci müavini Hacı Məmmədovun bandasını ifşa etməkdən niyə yayınıb?

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, MTN-in keçmiş əməkdaşları - Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir

Cinayət işi üzrə 36 zərərçəkən şəxs və 20 milyon manatdan artıq zərər var.
Son məhkəmə proseslərindən birində iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərov uzun illər baş prokurorun 1-ci müavini olmuş Rüstəm Usubovun şahid qismində dindirilməsini tələb edib.

Sahib Ələkbərov vaxtilə Rüstəm Usubovu Hacı Məmmədovun cinayətkar bandası barədə məlumat vermiş Rəna Nəsibovanın qətli ilə bağlı dindirdiyini qabardıb.

Rüstəm Usubovun dindirmə protokolunundan belə aydın olur ki, 2003-cü ilin avqustunda o zaman “Knauf” şirkətinin meneceri olan Rəna Nəsibova öz şəxsi təşəbbüsü ilə Baş Prokurorluğa gəlib və Azərbaycanda sifarişli qətllər və adam oğurluqları ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə barədə məxfi məlumat vermək arzusunu ifadə edib. Həmin zaman Rəna Nəsibovanı Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov dindirib.

Amma niyəsə 1-ci dərəcəli müşavir Rüstəm Usubov Rəna Nəsibovanın ölümündə kriminal izlər aşkar etməyib!

Rəna Nəsibova Baş Prokurorluğun kriminalisti, Azərbaycanın ilk hərbi prokuroru olmuş Rövşən Əliyevin killer tərəfindən öldürülməsi, iş adamlarının oğurlanmasını gerçəkləşdirən banda başçısı Hacı Məmmədov və banda üzvləri - Abdulvahabov qardaşları barədə istintaq üçün olduqca qiymətli məlumatlar verib.

Rüstəm Usubov həmin məlumatları rəsmiləşdirib, 3 səhifədən ibarət arayış yazıb və işini bitmiş hesab edib.

Rəna Nəsibova məxfi məlumatları Rüstəm Usubova verəndən 7 ay sonra, 2004-cü ildə işlədiyi “Knauf” firmasnın ofisində meyiti aşkar olunub. Hadisə yerinə ilk gələnlərdən biri də məhz Rüstəm Usubov olub. O zaman Rəna Nəsibovanın ölümü həddindən artıq narkotik qəbul edilməsi səbəbindən boyun üzvlərinin iflici nəticəsində əmələ gələn boğulma və ölüm faktı kimi rəsmiləşdirilib. Baxmayaraq ki, istintaqçılar hadisə yerinə çatanda ofisdə bir şəxs olub və həmin şəxs qapını içəridən bağlayaraq onları içəri buraxmaq istəməyib. Sonra isə həmin şəxs qapını açaraq istintaqçıların burnunun altından qaçıb. Bununla belə, 1-ci dərəcəli müşavir Rüstəm Usubov Rəna Nəsibovanın ölümündə kriminal izlər aşkar etməyib...

MTN-in 615-ci otağında aparılan dindirmə...

1 il sonra, 2005-ci ilin martında Hacı Məmmədovun bandası ifşa olunub, 2 ay sonra Rəna Nəsibovanın Hacı Məmmədovun barəsində 2 il əvvəl verdiyi məxfi məlumatlar, Rəna Nəsibovanın ölümü yada düşüb.

Və Rüstəm Usubov MTN-ə çağırılaraq dindirilib.

Həmin dindirmə protokoluna görə, Rüstəm Usubov 12 may 2005-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İstintaq İdarəsində, o zaman İdarənin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Sahib Ələkbərov tərəfindən, 404/87958 saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq MTN-in 615-ci xidməti otağında dindirilib.

Dindirmə protokolunda şahid qismində dindirilən Rüstəm Usubovun anket məlumatları yer alır:

-1954-cü il oktyabr ayının 4-də Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, sözlərindən məhkum olunmamış, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri. Bakı şəhəri. Binəqədi rayonu, Naxçıvanı küçəsi ev 24, mənzil 64-də qeydiyyatda olub, faktiki olaraq həmin ünvanda yaşayan Usubov Rüstəm Sabir oğlunu şahid qismində dindirdim.

Dindirmə başlandı: saat 11-10 dəqiqədə

Qurtardı: saat 14-50 dəqiqədə.

2003-ün avqustunda Rəna Nəsibova Rüstəm Usubova deyib ki...
Dindirmə başlamazdan əvvəl şahid Rüstəm Usubova hüquqları izah olunub və işə dair ona məlum olan hallar barədə ifadə vermək təklif olunub.
Şahid göstərib:

-1982-ci ildən prokurorluq orqanlarında işləyirəm, tutduğum vəzifədə isə 2001-ci ilin may ayından hal-hazıra qədər işləyirəm. 13 mart 2001-ci ildə Respublika Baş Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev qətlə yetirilmişdir. Rəhbərlik tərəfindən həmin işin istinatıqının aparılması mənə həvalə edilmiş, Prokurorluq və DİN-in əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Həmin işin istintaqı zamanı ortaya bir sıra fərziyələr çıxmış və həmin fərziyələrlə əlaqədar istintaq-əməliyyat tədbirləri həyala keçirilmişdir.

11 avqust 2003-cü ildə prokurorluğun rəhbərliyi məni mərkəzi aparata dəvət elmiş və bildirmişlər ki, bir qadın məxfi olaraq Rövşən Əliyevin qətli və digər hadisələrlə bağlı məlumat vermək istəyir. Otaqda dəvət olunmuş qadın və prokurorluğun digər əməkdaşları da vardı. Həmin otaqda olan sonradan bildiyim 1970-ci il təvəllüdlü, Bakı şəhərində “Knauf” firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmayi kəndindəki bağ evlərində müvəqqəti yaşayan, Bakı şəhəri 2-ci mikrorayonda qeydiyyatda olan Nəsibova Rəna Yusif qızıdır. Rəna Nəsibova bildirdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi vardır. Bir cinayətkar dəstənin üzvləri digər dəstənin üzvlərini tanımırlar. Hacı çeçen milliyyətindən olan 3 qardaşa Ruslan, Sedek və Hüseynə çoxsaylı cinayətlərin törədilməsini tapşırmışdır. Adam oğlurluğu, avtomaşınların qaçırılması çeçen milliyətindən olan həmin 3 qardaş hazırda bir neçə avtomaşın oğurlayıb. Oğurladıqları avtomaşınları və adamları Novxanı kəndində saxlayırlar. Cinayətləri törədəndən sonra avtomaşınları məhv edirlər. Çeçen milliyyətli həmin 3 qardaş Rənanın qonşuları olmaqla 4-cü mikrorayon, Binəqədi küçəsi ev 1 a, mənzil 4-də və ya 5-də yaşayırlar. Telefonları 69-26-68-dir.

Bəzən onlar Hüseynin arvadı Raisanın 33-95-219 nömrəli mobil telefonundan istifadə edirlər. Hüseyn qardaşı Ruslana, Ruslan isə Rənaya danışıb ki, Məmmədov Hacının oğulluğu Ruslan deyib ki, Rövşən Əliyevi şəxsən özü öldürüb və bu cinayətin təşkilatçısı Məmmədov Hacıdır. Ruslanın deməsinə görə, adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşən Əliyev Məmmədov Hacıya çıxmışdı. Yəni Hacının həmin cinayətlərdə iştirakını sübuta yetirmişdir. Hacının Rövşən Əliyevi görməyə gözü yox idi. Ona görə ki, Rövşən onun ayağının altını qazırdı. Hacının bütün yaxın adamlan DİN-də işləyirlər, o, istədiyi adamı DİN-ə işə düzəldə bilir və işdən çıxartdırır. Məmmədov Hacı cinayətkarları ratsiya ilə təchiz edir, onlar cinayətləri törədərkən Hacının verdiyi ratsiyalardan istifadə edirlər. Guya hansısa bir nəfər oğurlanmış adamı öldürmüşlər. Məmmədov Hacı onlara demişdir ki, bu adamı mütləq aradan götürmək lazımdır. Hüseyn onu öldürülməsinin əleyhinə olmuş, lakin buna baxmayaraq həmin şəxsi öldürmüşlər.

Hüseyn deyib ki, namaz qılmadığına görə Sidekin arvadını öldürmək lazımdır. Hacı Məmmədov DİN-də işləməklə polkovnik rütbəsindədir.

Hüseynin evində səsboğucusu olan 2 ədad tapançası vardır. Hüseyn Cövhər Dudayevin vaxtında polkovnik rütbəsində olmaqla Çeçenistan daxili işlər nazirinin müavini vəzifəsində işləmişdir. Guya Hüseynin Çeçenistan prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdür. Hüseynin yanına gələnlər oğurlanmış avtomaşınlarla gəlirlər. İçərisində çeçenlər olan avtomaşının qəzası təşkil edilmişdir. Əvvəl bir avtomaşın olmuş, maşında kişi ilə qadın olmuşdur. Qəzadan sonra Məmmədov Hacının göstərişi ilə mobil telefondan Hüseynə zəng olunmuşdur ki, həmin çeçenlərlə Hüseynin arasını vurmaqla aralarında düşmənçilik yaradılsın və bu yolla 3 qardaş aradan götürülsün. Hüseynin 52-53 yaşı olmaqla 2 arvadı və 5 uşağı var. Arvadları bütün gün ərzində bir yerdə olurlar və yalnız gecələr öz mənzillərinə gedirlər. Məmmədov Hacı qorxmadan həmin 3 qardaşla görüşür, onlara cib xərcliyi verir. Ruslan öz qardaşları Hüseyn və Sidekdən ehtiyat edir. Ruslanın 23 yaşı var. Qardaşı Sedek Xaçorayevin barəsində olan cinayət işi üzrə Ruslan dindirilmişdir. Eyni zamanda belə bır məlumat da var ki, Hacı Məmmədovun bankda işləyən Elçin adlı bacısı və ya qardaşı oğlu Hacıya məlumat vermişdir ki, bir nəfər milliyyətcə yəhudi olan şəxsin külli miqdarda pulu var və həmin şəxsi onlar oğurlamalıdırlar. Lakin onlar hələlik qorxurlar. Ona görə ki, Hacı Məmmədov hələ onun oğurlanmasına göstəriş verməmişdir. Həmin yəhudi keçmiş İnqilab küçəsində yaşayır. Hacı Məmmədov DİN-də işləməklə polkovnik rülbəsindədir.

Rəna Nəsibovadan bu məlumatı aldıqdan sonra özümdə qeydiyyatlar aparmışam.

O, Malakan bağının yanında musiqi alətləri mağazasının yerləşdiyi binanın 3-cü mərtəbəsində qapısı sol tərəfdən olan mənzildə yaşayır. Mənzilin pəncərələri tündləşdirilmişdir. Nəsibova Rəna adının məxfi saxlanılmasını xahiş edir, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər.

Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır ki, onun şəxsiyyəti təhlillə müəyyən edilməsin. O şübhələnir ki, çeçenlər onu öldürmək istəyirlər ki, onların törətdikləri cinayətlər barədə məlumat yayılmasın. Rəna Nəsibovadan bu məlumatı aldıqdan sonra özümdə qeydiyyatlar aparmışam və bu haqda prokurorluğun rəhbərliyinə məlumat vermişəm.

Rəhbərliyin tapşırığına əsasən mənimlə baş prokurorun birinci müavini cənab Ramiz Rzayev milli təhlükəsizlik nazirinin müavini cənab Tofiq Babayevin yanında olmuşuq və bu məlumatlar tədbir görülməsi üçün ona verilmişdir.
Bundan sonra MTN-in idarə rəisi Eldar Əzizov və onun tabeçiliyində işləyən Araz Piriyevlə bu məlumat ətrafında daimi əlaqədə olmuşam və müxtəlif işlər görmüşük. Nəsibova Rənanın təhlükəsizliyini təmin etməyi təbii ki, MTN əməkdaşları öz üzərlərinə götürmüşlər. Bundan sonra məndə olan məlumata görə, Rəna Nəsibova ilə Eldar müəllimin mütəmadi əlaqələri, görüşləri olmuşdur və Eldar müəllim lazım olan məlumatı Rənadan alırdı. Bildiyimə görə, onlar Fatmayi qəsəbəsində və şəhərin müxtəlif yerlərində görüşürdülər. Hər bir görüş barədə Eldar müəllim öz rəhbərliyi, yəni Tofiq müəllimə, mən isə öz rəhbərim Ramiz Rzayevə və cənab baş prokurora məruzə edirdim. Rəna Nəsibovanın verdiyi məlumatla əlaqədar, yəni yəhudi milliyyətindən olan şəxsin oğurlanması üzrə biz Eldar Əzizovla araşdırmalar aparmışıq və elə nəticəyə gəlmişik keçmiş İnqilab küçəsində yaşayan “Türişbank” idarə heyətinin sədri Zelmanoviç Gennadini oğurlamaq istəyiblər. Həmin şəxs prokurorluğa dəvət olunmuş, onunla mənim və Eldar Əzizov tərəfindən söhbət aparılmış və ona özünü ehtiyatlı aparması barədə xəbərdarlıq edilmişdir. Bu tədbirlərin nəticəsi hər iki rəhbərliyə məruzə edilmişdir. Eyni zamanda Eldar Əzizov öz tərəfindən də onun qorunmasını təmin etmək üçün tədbirlər görəcəyini vəd etmişdir. Bir müddətdən sonra Eldar Əzizov bildirmişdir ki, Rəna Nəsibovanın deməsinə görə, oğurlanması planlaşdırılan şəxs Zelmanoviç yox, metronun “Əzizbəyov” stansiyası yaxınlığında gön-dəri məmulatları zavodunu alıb, yenidənqurması ilə məşğul olan, milliyyətcə yəhudi Yura İliyevdir. Bu söhbətlər ətrafında da yenidən təhlükəsizlik tədbirləri görülmüş, həm prokurorluq, həm də MTN-in rəhbərliyinə məruzə edilmiş və göstəriş verilmişdlir ki, mən Əzizov Eldarla birlikdə Yura İliyevin iş yerinə gedək və orada onu mümkün planlaşdırılan cinayət hadisəsi barədə xəbərdar edək və o, özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görsün. Rəhbərliyin göstərişindən sonra mən Eldar Əzizovla həmin İliyevlə görüşə getdik və fabrikin tikilən binasının 2-ci mərtəbəsində Yura ilə görüşdük. Həmin vaxt orada onun digər yaxın adamları da var idi. Biz onlaraözümüzü təqdim etdik və səhv etmirəmsə, Yuranı kənara çəkib onunla Eldarla mən təkbətək söhbət etdik və ona xəbərdarlıq etdik ki, ehtiyatlı olsun, İnqilab küçəsinə evinə gedərkən həmişə ətrafında adamlar olsun, ailə üzvlərinin də həmin qaydada təhlükəsizliyini təmin etsin. Bu görüşün də nəticəsi barədə mən öz rəhbərliyimə, bildiyimə görə, Eldar Əzizov isə öz rəhbərliyinə məruzə etmişik. “Yeni Müsavat”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar