Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruslar bizə xəyanət etdi, Putin bizi satdı” – Rusiyalı turistlər Ermənistandan qovulublar

Ermənistandakı rusiyalı turistlər mənfi münasibətlə qarşılaşırlar. Bizim Rusiyadan gəldiyimizi bilən kimi insanların əhval-ruhiyyəsi və baxışları kəskin şəkildə dəyişir”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Anna adlı rusiyalı turistdir. 31 yaşlı rusiyalı turist Ermənistana istirahətə yollansa da, oradan xoş xatirələrlə deyil, məyusluq içərisində geri dönüb: “İki həftə dincəlməyə gəldik. Ölkəni görmək, yerli mətbəxi dadmaq istədik, amma hər addımımızda bir mənfiliklə qarşılaşdıq. Bütün bunların hamısı rus olduğumuza görə başımıza gəldi” –deyə Anna bildirib.

Anna deyir ki, ünvanına tez-tez siyasi mövzularda qınaqlar eşidib: “Mənimlə müharibədən, siyasətdən niyə danışırlar anlamıram. İki uşağımla tətilə gəldim. Əvəzində Ermənistanda garson və dondurma satıcısı Rusiyanın müharibədə onlara kömək etmədiyindən danışdı. Mən axı bütün bunlara niyə qulaq asmalıyam”.

Rusiyadan Ermənistana istirahətə gələn digər turistlər də burada özlərinə qarşı qəbuledilməz münasibət sərgiləndiyini bildiriblər. Sankt-Peterburqdan olan Kseniya və Aleksandr cütlüyü yerli sakinlər tərəfindən anlaşılmaz ittihamlarla qarşılaşdıqlarını deyirlər: “Bu yayı Gürcüstan və Ermənistanda keçirməyi  qərar verdik. Dostumuz Levon bizə Ermənistan haqqında çox şey danışdı və ora getməyimizi məsləhət gördü. Gürcüstanda ləzzətlə vaxt keçirsək də, Ermənistanda üç gündən çox qalmadıq. Təəssüf ki, Rusiyadan gəldiyimizi bilən hər kəs bizim haqqımızda xoşagəlməz fikirlər səsləndirdilər. Bizə qarşı insanların əhval-ruhiyyəsi və baxışları dəyişdi. Hər kəsdən yalnız bir şey eşitdik: “Ruslar bizə xəyanət etdi”, “Rusiya bizi atdı”, “müharibədə məğlub olmağımızda siz günahkarsınız”, “Putin bizi satdı” – deyə gənc cütlük vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar