Bazar ertəsi, 16 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyanın qarşısı alınmazsa nələr olacaq? - Ukrayna böhranının kritik mərhələsi və tərəflərin strategiyası...

“Rusiyanın təcavüzü təkcə Ukrayna-Rusiya problemi deyil: bu, daha çox bütün Avropa və Avro-Atlantik təhlükəsizlik sistemi üçün problemdir”...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 24 yanvar 2022-ci il

Ukrayna ilə bağlı ən maraqlı məsələ tərəflər arasında artan gərginliyin qlobal münaqişəyə çevrilib-çevrilməyəcəyidir. Dünya bu suala cavab axtararkən, yeni soyuq müharibənin qaydaları və oyunçuları artıq hərtərəfli güc ssenarisinə fokuslanıb.

İndi belə görünür ki, NATO Qərb və onun qarşısında olan güclərin öz suveren əraziləri baxımından çoxölçülü mübarizə zonasına daxil olub. Ukrayna bu prosesdə hər iki tərəf üçün uçurumun kənarına ən yaxın yer kimi görünür və bu zəmində yalnız bir tərəfin qazana biləcəyini proqnozlaşdırmaq, demək olar ki, mümkün deyil.

Bunu məşhur “toyuq oyunu” strategiyası ilə izah etmək olar. Toyuq oyununda düz bir xətt üzrə tam sürətlə bir-birinə doğru gələn iki nəqliyyat vasitəsinin hansı nöqtədə bir-birinin cəsarətini sınamağı dayandıracağı araşdırılır. Birinci ssenaridə sürücülərdən biri toqquşmadan yayınsa, oyunu uduzacaq və bunun əksinə, xəttdən çıxmayan tərəf cəsarəti ilə tarixə düşəcək. İkinci ssenari odur ki, heç bir tərəf sükanı ələ keçirmir və bu halda hər iki tərəf böyük itkilərə məruz qalacaq. Burada bu toyuq oyunu üçüncü ssenarini gündəmə gətirir. Çox cəld bir-birinə yaxınlaşan tərəflərdən biri sükanı çıxararaq qarşı tərəfə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu oyunun ssenarisində ciddiliyi istədiyiniz kimi qəbul etmək sükanı götürənlər üçün üstünlük yarada bilər.

Cümə günü ABŞ dövlət katibi Blinkenlə Rusiya xarici işlər naziri Lavrov arasında keçirilən görüşdən sonra Blinken (“Ria Novosti”nin xəbərinə görə): “Sanksiyaların dərhal tətbiqi Rusiyaya qarşı çəkindirici təsirləri azaldacaq”, deyib. Almaniya kansleri Olaf Şolzise də bazar günü verdiyi müsahibədə: “Şərqi Avropadan yeni ölkələrin NATO-ya daxil olması hazırda gündəmdə deyil. Rusiyanın bu istəyində məqsəd nədir? Belə bir zəmanət ola bilməz”, deyə qeyd edib.

Bu bəyanatların mənası odur ki, bütün hərbi hazırlıqlara baxmayaraq, tərəflər hələ də döyüşmədən bir-birindən istədiklərini almaq niyyətlərini aradan qaldırmayıblar.

Qərb bloku Ukraynanın NATO üzvlüyündən imtina etməsi və ya onu qeyri-müəyyən bir tarixə köçürməsi müqabilində, Rusiyanın hücumunu belə uzaq tarixə ata bilər. Yaxud başqa sözlə, Rusiya qarşı tərəfdə belə bir barışıq mühiti hiss etsə, hücum variantını yeganə varianta çevirməyi təxirə sala bilər. Almaniya bu ssenariyə fokuslanacaq vəziyyətdədir.

Əslində, bu məqamda hər iki tərəfin bir-biri ilə bağlı kozırları var. Avropaya gedən qaz xəttlərinin gələcəkdə necə formalaşacağı sualı mümkün müharibənin ikinci dərəcəli alətinə çevrilib. İş o yerə çatıb ki, Rusiya Ukraynaya verdiyi qazı kəsməklə və ya azaltmaqla qış aylarında Avropanı çətin vəziyyətə sala bilər. Digər tərəfdən, əgər Almaniya “Şimal axını-2” layihəsini dayandırdığını və ya ondan imtina etdiyini bəyan edərsə, Rusiya üçün qısa müddətdə Avropaya qaz satışında Ukrayna variantı yenə də masada qalacaq. Bu, təbii ki, minimum da olsa, Ukraynanın sabitliyini zəruri edir. Dünən İngiltərədən gələn “Rusiya Kiyevdə çevriliş edə bilər”, açıqlamasını da bu baxımdan qiymətləndirmək faydalı olar.

Həftə sonu mən Ukrayna səfirliyindən Rusiya-Ukrayna gərginliyi ilə bağlı Ukrayna tərəfinin fikirlərini özündə əks etdirən bir məktub aldım. Burada xüsusilə iki məsələ diqqətimi çəkdi.

Birincisi, Ukrayna ərazisindən keçən təbii qazla bağlı idi ki, bu da yuxarıdakı qiymətləndirməmi gücləndirdi. Çünki müharibə ehtimalı yaranarsa, Avropanın təbii qaz ehtiyacının 40%-ni ödəyən Rusiyadan gələn axın dayanacaq. Ötən gün “Reuters”in verdiyi xəbərə görə, belə bir vəziyyətdə ABŞ Avropanın qaz ehtiyacını qarşılamaq üçün maye qaz tədarük edəcək. Eyni xəbərdə Qətərin tədarük üçün ön plana çıxdığı yazılıb.

Daha əvvəl də yazdığım kimi, “Şimal axını-2” layihəsi Rusiyanın Qərblə olan gərginliyində əsas məqamlardan biridir. Böyük ölçüdə başa çatan layihə həm Rusiyanın Ukraynaya təzyiqini artırır, həm də Almaniya ilə yeni əməkdaşlıq zəminini yaradır. Aydındır ki, bu vəziyyət problemsiz baş verərsə, Almaniyaya ABŞ və Aİ baxımından üstünlük qazandıracaq.

Səfirlikdən daxil olan məktubda deyilir:

“Şimal Axını-2 boru kəmərinin işə salınmasından imtina Rusiyaya qarşı daha geniş çəkindirmə paketinin tərkib hissəsi olmalıdır və potensial olaraq Rusiya-Ukrayna silahlı münaqişəsinin mümkün həllində təsirli amil ola bilər. “Şimal Axını-2” kartını Rusiya deyil, Qərb oynamalıdır, lakin bu, möhkəm və ardıcıl hərəkətlər tələb edir. Biz “Şimal Axını-2”-nin sırf biznes yönümlü həll yolu olması fikrini qəti şəkildə rədd edirik. Kəmərin istismarı Rusiyaya Ukraynaya qarşı yeni hərbi hücuma başlamaq üçün daha geniş imkanlar verəcək. Daha önəmlisi, bu kritik vəziyyətdə Rusiya Ukrayna ilə mübarizə aparmaq və Avropanı sarsıtmaq qabiliyyətini gücləndirmək üçün iqtisadi və maliyyə imkanlarından məhrum edilməlidir”.

Yenə Ukrayna sərhədində bu gün yaşanan gərginlik Rusiyanın xeyrinə olsa, bu, Moskvanı daha da cəsarətləndirəcək və Qərb üçün daha da ağır nəticələri olacaq. Bir mənada Avropa-Atlantik təhlükəsizliyinin Ukraynadan keçməsi ilə bağlı tezisi müdafiə edirlər.

Avropa-Atlantik məkanın açıqlamaları isə belədir:

“Yadda saxlamalıyıq ki, Rusiyanın təcavüzü təkcə Ukrayna-Rusiya problemi deyil: bu, daha çox bütün Avropa və Avro-Atlantik təhlükəsizlik sistemi üçün problemdir. Kremlin Ukrayna planının uğur qazanmasına icazə verilsə, onun iştahı daha da artacaq və Qərbin Rusiya ilə daha çox problemlə üzləşəcəyi ehtimalı var. Ona görə də, bütün səyləri və enerjini Rusiyanın qarşısını almaq, Krımın və Donbasın bir hissəsinin işğaldan azad edilməsini təmin etmək, Moskvanı beynəlxalq hüquq müstəvisinə qaytarmaq üçün cəmləşdirmək son dərəcə vacibdir”.

Bütün bu təsbitlər çərçivəsində Türkiyənin tutacağı mövqenin də bu balans nöqtəsinə təsir edəcəyi vurğulanmalıdır. Türkiyə NATO üzvü olsa da, indiki mərhələdə tərəflərdən birinin çəkindirmə imkanından yararlana biləcəyi bir addımdan qaçmalıdır. “Montre” kimi müzakirələrə diqqət yetirilməli, vasitəçilik səyləri hər səviyyədə davam etdirilməli və aktiv diplomatiya vurğulanmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub - Foto + Yenilənib

Hafiz Hacıyev: "Poz, qazan" və "misli.az" kimindirsə, böyük pullar qazanırlar"

"Bizi tısbağanın dalınca qaçmağa məhkum ediblər... "- Xalq artisti Vidadi Həsənov

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Mərhum sənətçimizin doğum günündə: Qara çarşablı qadın onu uşaq evinə atdı, nişanlısı xəyanət etdi... - Foto

Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib: “Yeddi minlik yardımdan ancaq 300-nü götürdüm”

Pentaqon rəhbəri Şoyqu ilə söhbətindən danışıb

Bakıda kirayə ev axtaranlar üçün pis xəbər - 400-450 manat... - Video

Rusiya ordusu Avdeyevdə itki verərək geri çəkildi

Astarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında - Video

Ən çox oxunanalar