Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın azalan əhalisi: Putinin ruslaşdırma siyasəti ölkəni doldura biləcəkmi?

Putinin ruslaşdırma yolu ilə əhalinin sayını artırmaq siyasəti görəsən 100 il sonra bir işə yarayacaqmı?

Nadir Devlet
“The Independent” qəzeti, 17 fevral 2021-ci il

Rusiyada pandemiya səbəbi ilə təxirə salınan siyahıyaalma bu il 1-30 aprel tarixləri arasında aparılacaq. Sonuncusu 2010-cu ildə aparılmış və ümumilikdə 142,5 milyondan çox insanın yaşadığı müəyyən edilmişdi.

İndi isə 11 il sonra 146,5 milyon olduğu təxmin edilir. Buna əsasən, 11 ildə yalnız 4 milyon artım olub. Bu artımın səbəbi keçmiş Sovet respublikalarından Rusiyaya köç edən etnik ruslardır.

Həmçinin, ölkədən köçənlərin sayı da çoxdur, 20-30 milyon olduğu təxmin edilir.

Rus mənşəli böyük bir əhalinin Rusiyaya köçməsi də Putinin narahatlığını aradan qaldırmayıb. Məlumatlara görə, 1989-cu ildə bəzi respublikalardakı rus əhalisi ilə indiki vəziyyət arasındakı fərq belədir:

Respublika:  1989 - 2020

Qazaxıstan:  6.230.000 - 3.500.000
Özbəkistan:  1.650.000 - 650.000
Qırğızıstan:  917.000 - 350.000
Tacikistan:   388.000 - 34.000
Türkmənistan:  334.000 - 165.000
Azərbaycan:  392.000 - 120.000
Gürcüstan:  341.000 - 26.000

Rusların Sovet İttifaqındakı sayı 50%-ə düşdükdə və onlar 10 il Əfqanıstan bataqlığına qarışdıqda artıq özlərinə yük kimi gördükləri ölkələrdən qaçmalı olduqlarını başa düşdülər. Qırğızıstan və Tacikistan kimi ölkələr Moskvanın köməyi olmadan yaşaya bilmirdilər. Özbəkistan isə öz pambıq məhsullarını yüksək göstərərək artıq istehsal üçün Moskvadan haqsız şəkildə pullar alırdı.

Nəticədə, 22.4 milyon kvadrat kilometrlik Sovet İttifaqı 1992-ci ildə 15 müstəqil respublikaya bölündü. Beləliklə, Rusiya Federasiyasının qalan 17,5 milyon kvadrat kilometr ərazisində 170 milyon əhali qaldı. Bu sahə Rusiyaya yenə də dünyanın ən böyük torpağına sahib ölkə mövqeyini qoruyub saxlamağa imkan verdi.

Daha kiçik ərazilərə sahib olan Çin, Hindistan və Amerikanın əhalisi isə Rusiyadan daha çoxdur.

Bu vəziyyətdə hazırda Putinin başını qarışdıran Covid, Navalnı və gəlir itkisi kimi problemlər arasında bu əhali sayı məsələsi də ciddi yer tutmağa başlayıb. 2020-ci ildə 500 mindən çox Rusiya vətəndaşı ölkəni tərk edib. Buna paralel olaraq vətəndaş müharibəsinin davam etdiyi Donbass bölgəsindən 650 min ukraynalı Rusiya vətəndaşlığını qəbul edib. Beləliklə, əhali itkisi ödənilib.

Rusiya rəhbərliyi vətəndaşlıq prosesini də asanlaşdırıb. Namizəd rus dilini bilməlidir.

Rusiya Statistika Komitəsinin (Rosstata) məlumatlarına görə, 2020-ci ilin yanvar-iyun ayları arasında doğulan uşaq sayı keçən ilin eyni dövrünə nisbətən 5,2% az olub. Ölənlərin sayı isə 28 min artıb. Bunda Covid-19-un da böyük rolu var.

Bəzi Qərb tədqiqatçıları bu məlumatları təhlil edərək Rusiyanın məhsuldarlıq nisbətinin 1,61% olduğunu və bu göstəricinin əhalinin tarazlıqda qalması üçün tələb olunan 2,2%dən az olduğunu aşkarlayıblar. Miqrasiyanı nəzərə almasaq, 80 il sonra Rusiya əhalisi 106 milyona düşəcək, 40 milyon itki verəcək.

Rosstata-nın “tipik ailə profili” tədqiqatından bəzi məqamlar:

• 18 milyon ailə uşaqsızdır (yetkin uşaqlar istisna olmaqla);

• 12 milyon ailənin bir övladı, 5 milyon ailənin iki övladı var;

• Hər 10 ailədən 1-i fərqli etnik mənşəli cütlüklərdən ibarətdir;

• Hər 100 nikahdan 65-i boşanma ilə nəticələnir və bu səbəbdən ailələrin 1/3-nə yaxını uşaqlı analar və ya uşaqlı atalardır.

Putinin problemi isə azlıqları assimilyasiya etmək, başqa sözlə onları ruslaşdırmaqdır. Halbuki bir çox ölkə bunu tam olaraq dərk edə bilmir. Son illərdə Putin bunun üçün çoxlu yollar hazırlayıb. Konstitusiya dəyişikliyi ilə “Rusiyanı quran ruslardır, digər millətlər deyil”, deyə bir maddə əlavə olunub.

Hökümət fərqli millətlərin adını daşıyan 22 muxtar respublika və vilayətin bütün qanuni, iqtisadi və digər hüquqlarını əlindən almağa başlayıb. Ana dili təhsilinə isə son qoyub.

Eyni zamanda mərkəzi hökümət respublikaların və vilayətlərin gəlirlərinin 70%-ə qədərini ələ keçirib. Görəsən, Putin indiyə qədər bu etnik azlıqları kifayət qədər zəiflədə bilmişimi?

90-cı illərdə çeçenlərdən başqa heç bir millət, yaxın tarixdə Rusiya hakimiyyətinə qarşı qiyam qaldırmadı. Ona görə də rus ordusu çeçenlərin üstünə hücum edərək onların səslərini kəsdilər.

Köhnə sovet ənənəsinə görə, ölkədə 190-dan çox etnik qrupun olduğu güman edilir. Etnik vilayətlərin bir qismi əhalisi çox az olduğundan ruslaşmayıb.

Rusiyada əhalinin 80-i ruslar, qalan 30 milyonu isə qeyri-ruslardır. Müvafiq olaraq 5,5 milyonluq tatarlar ümumi əhalinin 3,7-ni, ukraynalılar 1,4%, başqırdlar 1,1% və çeçenlər isə 1%-ni təşkil edirlər.

Eyni zamanda, tatar əhalini daha az göstərmək üçün onları başqırd kimi göstərməyə çalışırlar.

Bunun xaricində yeni etnik adlar ortaya çıxarılır. Ancaq bütün bu taktikalar rusların sayını artırmaq üçün yetərli olmayacaq. Çünki xaricdən Rusiyaya köç edəcək rus əhalisi də tükənəcək. Gənclər isə xaricə getmək istəyirlər.

Əslində, bu problem inkişaf etmiş və sürətlə şəhərləşən ölkələrin problemidir. Əhalinin çoxalma dərəcəsi yüksək olan ölkələrdə belə bir problem yoxdur. Bunun əvəzinə o ölkələr də işsizlikdən, səfalətdən və hətta aclıqdan əziyyət çəkirlər.

ABŞ və Türkiyə kimi ölkələr bu problemi mühacirət yolu ilə həll edirlər. Qərbi Avropa ölkələri, əsasən xarici işçilərə vətəndaşlıq verərək problemi yüngülləşdirirlər. Rusiya da, xüsusilə inşaat sektorunda xarici işçiyə ehtiyac duyur. Pandemiyaya görə bu işçilərin 3/4-ü öz ölkələrinə qayıdıb. Lakin xarici işçilər və miqrantlar bu ölkələrdə irqçiliyin yüksəlməsinə səbəb olurlar.

Rusiyada artımın zəif olması ilə yanaşı, həm də alkoqolizmin təsiri ilə ölüm nisbətində ciddi çoxalmalar müşahidə edilir. Ölkədəki yaşlı əhalinin sayı digər Avropa ölkələrində olduğu kimi artır və bu da məşğulluq səviyyəsində problemlərə yol açır.

Qısaca, Putinin ruslaşdırma yolu ilə əhalinin sayını artırmaq siyasəti görəsən 100 il sonra bir işə yarayacaqmı?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar